Yuxarı

Ankaranın Ukrayna ilə bağlı hədəfi: Top Putindədir...

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ankaranın Ukrayna ilə bağlı hədəfi: Top Putindədir...

Türkiyə Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın və xarici işlər naziri Hakan Fidanın Rusiya və Ukrayna təmsilçilərini yenidən İstanbulda görüşdürmək səyləri müsbət nəticə verib. Tərəflər iyunun 2-də İstanbulda görüşə razılıq veriblər.

Axar.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.

“Növbəti görüşdə əsas hədəf nəhayət ki, qısamüddətli də olsa, atəşkəsə nail olmaqdır. Çünki bu dəfə də razılıq əldə olunmasa, bu, həm yay aylarında müharibənin şiddətlənməsi, həm də Türkiyənin vasitəçiliyinin bir müddət dayandırılması demək olacaq. Bu səbəbdən Hakan Fidan həm Moskvada, həm də Kiyevdə detallı görüşlər və müzakirələr həyata keçirib, atəşkəsin əldə olunması üçün tərəflərin mövqelərini yaxınlaşdırmağa çalışıb.

Ankaranın bir başqa hədəfi yaxın müddətdə 4 ölkənin (Türkiyə, Rusiya, Ukrayna və ABŞ) liderini İstanbulda bir araya gətirməkdir. Bu həm Rusiya-Ukrayna müharibəsinnin dayandırılmasına şərait yaradar, həm də Rusiya və ABŞ prezidentləri Vladimir Putinlə Donald Tramp arasında görüşün və razılaşmaların əldə olunması üçün münbit zəmin formalaşdırar. Rəcəb Tayyib Ərdoğan, Vladimir Zelenski və Donald Tramp İstanbulda görüşün tərəfdarıdırlar, top Vladimir Putinin meydanındadır”, - politoloq bildirib.

Tarix
2025.05.30 / 14:52
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycanın dövlət büdcəsinin gəlirləri artırıldı

Bakıdakı bu Zirvə görüşü mühüm mərhələdir - XİN

İsrail prezidenti "Şuşa təyyarəsi" ilə Bakıya gəlib? - Video

Azərbaycan Konsulluğunun önünə getmək xəyanətdir - Atay

Azərbaycanda bu kəndlərin adı dəyişdirildi - Rəsmi

Bakıda mühüm tədbir: Prezident çıxış etdi - Foto

Prezidentin sosial səhifələrində AQEM-lə bağlı paylaşım

Böyük təhlükə: Türkiyə bunun mahiyyətini dərk etmir

AQEM-in yeni baş katibi bu səfir olacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla