Yuxarı

Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Şuşada “Xarıbülbül” festivalının açılışı oldu

Mayın 24-də Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada “Xarıbülbül” VIII Beynəlxalq Musiqi Festivalı öz işinə başlayıb.

Kult.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyevin “Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi haqqında” Sərəncamından irəli gələrək builki festival dahi bəstəkar Üzeyir Hacıbəylinin anadan olmasının 140-cı ildönümünə həsr olunub.

Festivala Cıdır düzündəki açılış konsertində Üzeyir Hacıbəylinin “Ey Vətən” əsəri ilə start verilib. Konsertdə Üzeyir Hacıbəyli ilə, Arif Məlikov, Asəf Zeynallı, Əfrasiyab Bədəlbəyli, Fikrət Əmirov, Qara Qarayev, Müslüm Maqomayev, Niyazi, Oqtay Zülfüqarov, Tofiq Quliyevin əsərləri səslənib.

Bu il də “Xarıbülbül”ə yerli incəsənət xadimləri ilə yanaşı, digər ölkələrdən də musiqi kollektivləri və solo ifaçılar gəlib. Elə festivalın əsas məqsədlərindən biri də mədəni dialoqun inkişafına töhfə vermək, mütəxəssislər arasında fikir mübadiləsini təşviq etmək və gənc musiqiçilərin yaradıcılığını dəstəkləməkdir.

Tarix
2025.05.24 / 20:17
Müəllif
Kult.az
Digər xəbərlər

Erməni rəqqas Bakıdan yazdı: Bədbəxt insanlar…

Tramp uduzdu: Ukrayna və İran siyasəti dəyişəcək?

ABŞ-da seçki: Demokratlar qalib gəlir

Prezidentə təbriklər davam edir

Pakistan prezidenti İlham Əliyevə məktub göndərdi

47 min Qarabağ ermənisi vətəndaşlıq aldı

Rusiya bu silahı təklif edir - Azərbaycan alacaq?

Tokayevin Rusiya təklifinə Ankara nöqtə qoydu: Olmaz!

Azərbaycan 14 iranlını "arzuolunmaz şəxs" elan etdi

Azərbaycan və Latviya məsləhətləşmələr apardı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla