Yuxarı

"Dədə Qorqud"da avarçəkmə təlimi keçiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Dədə Qorqud"da avarçəkmə təlimi keçiriləcək

Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası (AKAF) uşaq və yeniyetmələrin bu idman növünə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir. Kütləviliyi təmin etmək məqsədi ilə aparılan işlər çərçivəsində federasiya Gənclər və İdman Nazirliyi ilə birgə 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək.

Axar.az xəbər verir ki, "Gənclik" metrosu yaxınlığında – “Dədə Qorqud” parkında keçiriləcək ictimai tədbirdə uşaq və yeniyetmələr üçün həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılacaq. Bu sınaq yürüşlərinə peşəkar müəllimlər nəzarət edəcəklər. Eyni zamanda uşaqların həftəsonunu maraqlı keçirməsi üçün müxtəlif musiqili proqramlar, əyləncəli viktorinalar nəzərdə tutulub.

Tədbir saat 17:00-dan etibarən başlayacaq. Əraziyə giriş sərbəstdir.

Tarix
2025.05.30 / 22:10
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanda qalmaqal: Gizli şəkildə Azərbaycana ötürüblər

Fidan Mansurova yüksək vəzifəyə təyin olundu

Prezidentin Türkmənistana səfəri ilə bağlı video paylaşıldı

İlham Əliyev Türkmənistanda bu festivalda iştirak etdi - Foto

Prezident Türkmənistanda Paşinyanla söhbətləşdi - Foto

Dövlət başçıları Türkmənistanda konsert izlədi - Video

Prezident Türkmənbaşıda tədbirdə iştirak etdi - Foto

Onlar Azərbaycanla Ermənistan arasında müharibəyə çalışır!

Jirinovskinin daha bir öngörüsü düz çıxdı: taun - Video

Azərbaycan və Ermənistan rəsmiləri Gorusda görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla