Yuxarı

AK bu ölkəyə 1 milyard tranşı dayandırdı: 2 səbəbə görə

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AK bu ölkəyə 1 milyard tranşı dayandırdı: 2 səbəbə görə

Avropa Komissiyası (AK) Rumıniyaya 869 milyon avro vəsaitin transferini dayandırıb, çünki ölkə hakimiyyəti iki əsas şərti yerinə yetirməyib.

Axar.az xəbər verir ki, bu barədə Sərmayələr və Avropa layihələri naziri Marsel Bolos məlumat yayıb.

O bildirib ki, vəsaitin 814 milyon avrosu qrant, 55 milyon avrosu isə kredit komponentidir.

Tranşın dayanmasının səbəbləri isə budur: 1. Rumıniya Dövlət Müəssisələrinin Monitorinqi və Qiymətləndirilməsi Agentliyinin rəhbəri AK meyarlarına uyğun seçilməyib; 2. Keçmiş dövlət qulluqçularının pensiyalarının artırılmasını nəzərdə tutan pensiya islahatı məhdudlaşdırılıb.

“Rumıniya hökuməti noyabrın 28-dək bütün islahatları həyata keçirməli və AK-dən razılıq almalıdır. Əks halda, vəsait geridönməz şəkildə AB büdcəsinə qaytarılacaq”, - nazir vurğulayıb.

Tarix
2025.05.30 / 21:42
Müəllif
Axar.az
Digər xəbərlər

Dehli niyə Bakı ilə əməkdaşlığa qərar verdi?

Dövlət Baxçalı Rəşad Aslanovu qəbul etdi - Video

Ərdoğanın Əliyevi Ankaraya dəvət etməsi... - Baxçalı

İsraildəki seçkilər: Kim qalib gələcək? – Sorğu

Kuşnerə 1 milyard köçürülüb? – Azərbaycanın ”məsuliyyəti”...

İrəvan sülh sazişini ləngidərsə, Bakı tədbir görəcək

Azərbaycanlıların olduğu gəmiyə hücum... - Leyen

Ərəblər Azərbaycana dəstək bəyanatı yaydı

Prezidentlə Cayşankarın görüşünə dair - Videoçarx

Ceyhun Bayramov Hindistana dəvət edildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla