Yuxarı

Keçmiş əri Naibə Allahverdiyevanı döydü, həbs edildi

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Keçmiş əri Naibə Allahverdiyevanı döydü, həbs edildi

Xalq artisti Naibə Allahverdiyevanın keçmiş həyat yoldaşı Yusif İsmayılov həbs olunub.

Kult.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Yusif İsmayılov Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrının aktrisası, xalq artisti Naibə Allahverdiyevanın hüquq-mühafizə orqanlarına etdiyi şikayət əsasında saxlanılıb.

O, Naibə Allahverdiyevaya qarşı zor tətbiq etməkdə ittiham olunub. Hadisə Xaçmaz rayonunun Turist kəndində yerləşən xalq artistinə məxsus evdə baş verib. Təqsirləndirilən şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə protokol tərtib olunaraq iş məhkəməyə göndərilib.

Məhkəmə araşdırmaları zamanı məlum olub ki, 5 may 2025-ci il tarixində cütlük evdə təmir-bərpa işləri aparmaq məqsədilə birlikdə Bakıdan Xaçmaza gediblər. Orada aralarında mübahisə yaranıb.

Naibə Allahverdiyeva ifadəsində bildirib ki, mübahisə Yusif İsmayılovun işləməkdən imtina etməsi və evdən getmək istəməsi ilə başlayıb. Daha sonra Yusif ona əvvəlcə şillə vurub, sonra isə saçından və yaxasından dartaraq itələyib. Nəticədə aktrisanın üzü qapıya çırpılıb və xəsarət alıb.

Təqsirləndirilən şəxs isə 9 may 2025-ci il tarixdə axşam saatlarında Bakı şəhərinə qayıtmaq istəyərkən zərərçəkmiş şəxs ilə aralarında mübahisə düşdüyünü deyib. O, Naibə Allahverdiyevaya əl qaldırmadığını və onu qəsdən vurmadığını bildirib.

Məhkəmə onun İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə təqsirli olduğuna qərar verib və Yusif İsmayılov 15 sutka müddətinə inzibati qaydada həbs olunub.

Tarix
2025.05.23 / 15:18
Müəllif
Kult.az
Digər xəbərlər

Ermənistana 26 vaqon buğda göndəriləcək

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

Azərbaycan Əfqanıstanı təbrik etdi - Foto

Deputatlarımız bu türk ölkəsində seçkiləri müşahidə edəcək

Azərbaycan əmindir ki, biz uduzacağıq - Video

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla