Yuxarı

Turşu suyu və bal: İdmançıların məşhur qarışımı...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Turşu suyu və bal: İdmançıların məşhur qarışımı...

Turşu suyu və bal ayrı-ayrılıqda bir çox sağlamlıq faydaları təqdim edərkən, birlikdə qəbul edildikdə təsiri artır. Bu təbii qarışım immunitet sistemini gücləndirir, həzmi dəstəkləyir və orqanizmə enerji verir.

Axar.az Medicina.az-a istinadən xəbər verir ki, xüsusilə təbii fermentasiya yolu ilə hazırlanan turşu suyu sağlamlıq faydalarına görə son illərdə yenidən məşhurlaşıb.

Bununla belə, son vaxtlar diqqət çəkən yeni qarışım var: turşu suyuna bal əlavə etmək.

Mütəxəssislərin fikrincə, bu iki təbii məhsulun birləşməsi həm bədəni təmizləyir, həm də enerji verir. Bal təbii antibakterial və antioksidan xüsusiyyətləri sayəsində bədəni xəstəliklərdən qoruyur; Turşu suyu probiotik təsiri ilə bağırsaq florasını gücləndirir.

İkisi bir araya gəldikdə, immunitet sistemini tarazlaşdırmağa kömək edirlər. Turşu şirəsində olan faydalı bakteriyalar həzm sisteminin daha sağlam işləməsinə kömək edir. Balın yumşaldıcı və bərpaedici təsiri mədəni sakitləşdirir. Xüsusilə yeməkdən sonra bal əlavə edilmiş turşu suyu şişkinlik və həzmsizliyin qarşısını ala bilər.

İdmançılar arasında məşhurlaşan bu qarışım tərkibindəki minerallar sayəsində əzələ kramplarına yaxşı gəlir. Bal təbii şəkər tərkibi ilə sürətli enerji təmin edərkən, turşu suyu itirilmiş elektrolitləri əvəz edir.

Tarix
2025.05.31 / 01:48
Müəllif
Axar.az
Digər xəbərlər

Türkiyədə işlənən sözlərdən niyə qaçırıq?

Ruben Vardanyanın maliyyə şəbəkələri ilə bağlı yeni faktlar

Rüstəmxanlıdan gənclərə: Bu cür yaşayın!

AzTV İranın bu hücumlarına cavab verəcək - Video

Erməni separatçılarının məhkəməsi keçirildi

Ukrayna daha bir ölkə ilə savaşa girdi - Səbəbi...

İstanbul və Qarsdakı baş konsullar geri çağırıldı - Yeni təyinat

Biz çıxırıq, Azərbaycan isə sürətlə... - Çarukyan

Tokayev bunu Putinin üzünə dedi və imtina etdi

Bu ölkə Azərbaycana fəxri konsul təyin etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla