Yuxarı

Seyidzadə deputat oldu: Bu quruma kim rəhbərlik edir?

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi, Şahin Kamil oğlu Seyidzadə sentyabrın 1-də keçirilmiş növbədənkənar parlament seçkilərində deputat seçildiyi üçün "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri vəzifəsindən azad edilib.

Axar.az Qaynarinfo.az-a istinadla xəbər verir ki, hazırda "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna qurumun Aparat rəhbəri İntiqam Babayev rəhbərlik edir.

Qeyd edək ki, İntiqam Babayev ötən ilin yanvar ayında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna Aparat rəhbəri təyin olunub. O, əvvəllər Nazirlər Kabineti Aparatının Sosial məsələlər şöbəsinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə iş sektorunun müdiri olub, 21 il gənclər və idman nazirinin müavini vəzifəsini tutub.

Şahin Seyidzadə 9 fevral 2020-ci il ildə 50 saylı Abşeron-Qobustan seçki dairəsi üzrə deputat seçilib. 2022-ci ilin 3 martında Prezidentin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin olunduğu üçün deputat səlahiyyətlərinə xitam verilib.

Tarix
2024.10.03 / 14:50
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan rusiyalı diplomata qarşı təxribatın qarşısını alıb

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

İlham Əliyev Zəngilanda...

Azərbaycanlıların Ermənistana qayıtması… - Kostanyan

Litva Azərbaycana “öyüd" verə bilən axırıncı ölkədir

Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - Foto

Prezident və xanımı Cəbrayılda...

Azərbaycanda doğulub, Gəncəni qana boyayan erməni...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla