Yuxarı

Toplum TV işi: Onların həbs müddəti uzadıldı

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Toplum TV işi üzrə saxlanılan Ələsgər Məmmədli, Ruslan İzzətli və Akif Qurbanovun barəsində seçilmiş həbs qətimkan müddəti uzadılıb.

Axar.az xəbər verir ki, Xətai rayon Məhkəməsində keçirilən prosesdə adıçəkilən şəxslər barəsində həbs qətimkan tədbiri daha üç ay uzadılıb.

Qeyd edək ki, bu ilin mart ayının 6-da sosial şəbəkələrdə Toplum TV-nin ofisində axtarış aparılması, saxlanılanların olması ilə bağlı xəbərlər yayılıb.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin yaydığı məlumata görə, paytaxtın Nərimanov rayonu Y.V.Çəmənzəminli ev 98 B ünvanında yerləşən ofisdə və əlavə digər ünvanlarda bir qrup şəxsin fəaliyyəti ilə bağlı daxil olan məlumat üzrə polis əməkdaşları əməliyyat-axtarış tədbirləri keçiriblər.

Həmin ay Bakı şəhəri Xətai Rayon Məhkəməsi Akif Qurbanov, Ramil Babayev, Əli Zeynalov, Müşfiq Cabbarov, İlkin Əmrahov, Ruslan İzzətli və Ələsgər Məmmədlinin həbsi ilə bağlı təqdimata baxıb və onların hər biri dörd ay müddətinə həbs olunublar.

Adları qeyd olunan şəxslərə qarşı Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Tarix
2024.10.03 / 13:28
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Azərbaycan rusiyalı diplomata qarşı təxribatın qarşısını alıb

Rəsmi Bakıdan Litva XİN başçısına sərt reaksiya

Narışkin Bakıya gəldi

İlham Əliyev elə bir siyasətçidir ki… - Şahnazarov

İlham Əliyev Zəngilanda...

Azərbaycanlıların Ermənistana qayıtması… - Kostanyan

Litva Azərbaycana “öyüd" verə bilən axırıncı ölkədir

Əsədov Minskdə Qələbə abidəsini ziyarət etdi - Foto

Prezident və xanımı Cəbrayılda...

Azərbaycanda doğulub, Gəncəni qana boyayan erməni...

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla