Yuxarı

İranla problemlərin həlli ilə bağlı saziş imzalandı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranla problemlərin həlli ilə bağlı saziş imzalandı

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın Bakıda keçirilən üçüncü iclası başa çatıb.

İranın Azərbaycandakı səfiri Möhsin Pakayinin verdiyi məlumata görə, fevralın 13 və 14-də keçirilən iclasda iki ölkənin Beynəlxalq avtomobil əlaqələri sahəsində 2002-ci ildə imzalanan sazişinin müddəalarının icrasının son vəziyyəti araşdırılıb, iki ölkənin sərnişin və yük daşımalarındakı problemlərin həlli və digər məsələlər haqqında əməkdaşlıq sazişi imzalanıb.

İclasda hər iki tərəf avtomobil əlaqələri sahəsindəki təbii işlərdən razılıq ifadə edib və iqtisadi əməkdaşlıq təşkilatı, TRASEKA və şimal-cənub dəhlizi çərçivəsində birgə əməkdaşlığın davam və inkişaf etdirilməsi istiqamətində anlaşma əldə olunub. Həmçinin tərəflər razılığa gəliblər ki, ehtiyac olarsa, iki ölkə arasında yeni avtobus xətlərinin açılması üçün lazımi addımlar atılsın.

İran tərəfi təklif edib ki, Biləsuvar və Astara gömrük keçid məntəqələrində avtobusların və iri tonnajlı yük maşınların tıxac və sıxlıq probleminin həlli üçün keçid məntəqələrinin iş saatı artırılsın, iri tonnajlı yük maşınların Bakı gömrüyündə dayanma müddəti azaldılsın. Qərara alınıb ki, bu məsələlər Azərbaycan tərəfindən araşdırılsın.

İran nümayəndə heyətinə İran İslam Respublikasının Nəqliyyat Nazirliyinin Avtomobil Yolları və Yük Daşımaları üzrə Baş İdarə rəisi Məhəmməd Cavad Ətrçiyan, Azərbaycan nümayəndə heyətinə isə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Hüseyn Salamov rəhbərlik edib.

Azərbaycan Respublikası və İran İslam Respublikası arasında Beynəlxalq avtomobil əlaqələri sahəsində Birgə Komissiyanın növbəti iclası Tehranda keçiriləcək. (Trend)

Tarix
2014.02.14 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Yaxın vaxtda Azərbaycana səfər edəcəm - Vuçiç

Mehriban Əliyeva Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

İlham Əliyevdən sərəncam: Həsənov nazir müavini oldu

Azərbaycan Ermənistan ərazisində hərbi postlar qurub?

Bu şəxslər 1 il müddətinə zabit kimi orduda xidmət edə biləcək

Prezident fərmanı: Səhiyyə idarəçiliyində yeni məntiq...

Azərbaycan XİN Tunisi təbrik etdi

Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

İlham Əliyev Şahbaz Şəriflə danışdı

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla