12:58
Azərbaycan Respublikası
Prezidenti İlham Əliyev "İnzibati icraat haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının 2016-cı il 5 aprel tarixli 189-VQD nömrəli
Qanununun tətbiqi haqqında sərəncam imzalayıb.
Axar.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə Azərbaycan Respublikası
qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının
"İnzibati icraat haqqında" Azərbaycan Respublikasının Qanununda
dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi nə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "İnzibati icraat haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Bank
olmayan kredit təşkilatları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 5 aprel tarixli 187-VQD nömrəli Qanununun tətbiqi
haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Bank olmayan kredit təşkilatları
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll
etmk tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Bank olmayan kredit təşkilatları haqqında"
Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə"
Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib
Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək
tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Mahmud
Vaezinin "Dostluq" ordeni ilə təltif edilməsi haqqında sərəncam
imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikası ilə İran İslam
Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin
inkişafındakı xüsusi xidmətlərinə görə İran İslam Respublikasının
rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi "Dostluq"
ordeni ilə təltif edilib.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"İnvestisiya fondları haqqında" Azərbaycan Respublikasının
Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının
2016-cı il 5 aprel tarixli 188-VQD nömrəli Qanununun tətbiqi
haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "İnvestisiya fondları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat
vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "İnvestisiya fondları haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Dövlət
rüsumu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər
edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 4 mart
tarixli 172-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam
imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Dövlət rüsumu haqqında" Azərbaycan
Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi ilə Macarıstanın Xarici İşlər və Ticarət Nazirliyi
arasında yüksək texnologiyalar ekosistemi sahəsində əməkdaşlıq
haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə fərman
imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Rabitə və
Yüksək Texnologiyalar Nazirliyi ilə Macarıstanın Xarici İşlər və
Ticarət Nazirliyi arasında yüksək texnologiyalar ekosistemi
sahəsində əməkdaşlıq haqqında 2016-cı il martın 5-də Bakı şəhərində
imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Azərbaycan Respublikasının Rabitə və Yüksək Texnologiyalar
Nazirliyinə bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma
Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək
tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə də Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə
bildiriş göndərmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyi ilə Macarıstanın Milli İqtisadiyyat Nazirliyi arasında
Anlaşma Memorandumunun təsdiq edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda qeyd olunub ki, Azərbaycan Respublikasının Əmək və
Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Macarıstanın Milli
İqtisadiyyat Nazirliyi arasında 2016-cı il martın 5-də Bakı
şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinə bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma
Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etmək
tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Anlaşma
Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili
prosedurların yerinə yetirildiyi barədə Macarıstan Hökumətinə
bildiriş göndərmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti
arasında hərbi/mülki heyətin sosial və mədəni məqsədli mübadiləsinə
dair Protokolun təsdiq edilməsi haqqında fərman
imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Hökuməti ilə
Türkiyə Respublikası Hökuməti arasında hərbi/mülki heyətin sosial
və mədəni məqsədli mübadiləsinə dair 2016-cı il martın 15-də Ankara
şəhərində imzalanmış Protokol təsdiq edilsin.
Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə bu Fərmanın 1-ci
hissəsində göstərilən Protokolun müddəalarının həyata keçirilməsini
təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Protokolun
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş
göndərmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi ilə Türkiyə
Respublikasının Daxili İşlər Nazirliyi arasında məhkəmə
ekspertizası sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi
barədə fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikasının Ədliyyə
Nazirliyi ilə Türkiyə Respublikasının Daxili İşlər Nazirliyi
arasında məhkəmə ekspertizası sahəsində əməkdaşlıq haqqında 2016-cı
il martın 15-də Ankara şəhərində imzalanmış Saziş təsdiq
edilsin.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə bu Fərmanın 1-ci
hissəsində göstərilən Sazişin müddəalarının həyata keçirilməsini
təmin etmək tapşırılıb.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə Sazişin
qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə
yetirildiyi barədə Türkiyə Respublikası Hökumətinə bildiriş
göndərmək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Kütləvi
informasiya vasitələri haqqında" Azərbaycan Respublikası Qanununun
tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin
2000-ci il 8 fevral tarixli 277 nömrəli Fərmanında dəyişikliklər
edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Kütləvi informasiya vasitələri
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 8 fevral tarixli
277 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, № 2, maddə 92; 2003, № 10, maddə 585; 2004, № 1,
maddə 24; 2008, № 5, maddə 359; 2009, № 8, maddə 627; 2014, № 5,
maddə 477) 2-ci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda
səkkizinci abzas əlavə olunsun:
"həmin Qanunun 19-cu maddəsinin birinci hissəsində nəzərdə
tutulmuş müvafiq dövlət orqanının səlahiyyətlərini Milli Televiziya
və Radio Şurası həyata keçirir.".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin təsdiq
edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə
məsələləri haqqında" Azərbaycan Respublikası Qanununun və həmin
Qanunla təsdiq edilmiş Azərbaycan Respublikasının Cəzaların İcrası
Məcəlləsinin tətbiq edilməsi barədə"Azərbaycan Respublikası
Prezidentinin 2000-ci il 25 avqust tarixli 388 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunur ki, "Azərbaycan Respublikasının Cəzaların
İcrası Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla
bağlı hüquqi tənzimləmə məsələləri haqqında" Azərbaycan
Respublikası Qanununun və həmin Qanunla təsdiq edilmiş Azərbaycan
Respublikasının Cəzaların İcrası Məcəlləsinin tətbiq edilməsi
barədə" Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust
tarixli 388 nömrəli Fərmanının (Azərbaycan Respublikasının
Qanunvericilik Toplusu, 2000, № 8, III kitab, maddə 611; 2002, № 8,
maddə 478; 2008, № 3, maddələr 168, 170, № 7, maddə 618; 2011, № 4,
maddə 479; 2013, № 8, maddə 893) 3-cü hissəsində aşağıdakı
dəyişikliklər edilsin:
1. İkinci abzasa "Məcəlləsinin" sözündən sonra "17-1.2, 17-1.7,"
rəqəmləri əlavə edilsin.
2. Üçüncü abzasa "Məcəllənin" sözündən sonra "17-1.3," rəqəmləri
əlavə edilsin.
3. On altıncı abzasın sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda on yeddinci abzas
əlavə edilsin:
"həmin Məcəllənin 17-1.5-ci maddəsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Səhiyyə Nazirliyi həyata keçirir.".
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "Tikinti
və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin
xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında"
Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 177-VQ
nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
Fərmana əsasən Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Tikinti və infrastruktur obyektləri ilə
əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında
həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində
hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etmək,
Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını iki ay müddətində təmin
edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, həmin
Qanunun 4-cü maddəsinə uyğun olaraq, tikinti və infrastruktur
obyektləri ilə əlaqədar investisiya layihələrinin investorlar
tərəfindən "Tik-idarə et-təhvil ver" modeli çərçivəsində həyata
keçirilməsinin şərtləri, tikinti və infrastruktur obyektlərinin
növlərinə uyğun olaraq investorlar qarşısında qoyulan tələblər,
bağlanılan müqavilələrin xüsusiyyətləri və şərtləri, investisiya
qoyuluşu nəticəsində əldə olunacaq mal və xidmətlərin dəyərinin
müəyyənləşdirilməsi qaydası ilə bağlı təkliflərini iki ay
müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi
aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və
bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının
Prezidentinə məlumat vermək və həmin Qanundan irəli gələn digər
məsələləri həll etmək tapşırılıb.
Müəyyən edilib ki, "Tikinti və infrastruktur obyektləri ilə
əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında
həyata keçirilməsi haqqında" Azərbaycan Respublikası Qanununun
2.0.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti
orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının İqtisadiyyat
Nazirliyi, həmin Qanunun 4-cü maddəsində nəzərdə tutulmuş müvafiq
icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Tikinti və infrastruktur obyektləri ilə
əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında
həyata keçirilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa
uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə məlumat vermək tapşırılıb.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev
"Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində
dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı
il 4 mart tarixli 173 VQD nömrəli Qanununun tətbiqi və "Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi
haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli
96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında
dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmana əsasən, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə
Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası
Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati
Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini
üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ
hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını üç ay müddətində
təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək,
mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının
həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası
barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə
məlumat vermək və həmin Qanundan irəli gələn digər məsələləri həll
etmək tapşırılıb.
Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə də mərkəzi icra
hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ
xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar
Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan
Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Azərbaycan
Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılıb.
"Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq
edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr
tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan
Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli
Fərmanının (Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 17
mart tarixli 839 nömrəli Fərmanı) 5.56-cı bəndinə "kredit
təşkilatları" sözlərindən sonra ", siyasi partiyalar" sözləri əlavə
edilsin.
***
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev "İctimai
televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası
Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası
Prezidentinin 2004-cü il 5 noyabr tarixli 141 nömrəli Fərmanında
dəyişikliklər edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd olunub ki, "İctimai televiziya və radio yayımı
haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə"
Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 5 noyabr tarixli
141 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2004, № 11, maddə 905; 2007, № 6, maddə 601) 3-cü
hissəsində aşağıdakı dəyişikliklər edilsin:
1. 3.1-ci bənd 3.1-1-ci bənd hesab edilsin və həmin bənddə
"İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanununun" sözləri "həmin Qanunun" sözləri ilə əvəz
edilsin.
2. Aşağıdakı məzmunda 3.1-ci bənd əlavə edilsin:
"3.1. "İctimai televiziya və radio yayımı haqqında" Azərbaycan
Respublikası Qanununun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş
müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan
Respublikasının Prezidenti həyata keçirir;".
3. 3.3-cü bəndin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi
ilə əvəz edilsin və aşağıdakı məzmunda 3.4-cü bənd əlavə
edilsin:
"3.4. həmin Qanunun 17.2.2-ci maddəsində nəzərdə tutulmuş elmi
təşkilat Azərbaycan Milli Elmlər Akademiyasıdır.".
18:37
İlham Əliyev Azərbaycan Respublikasında "Sahibkarlar
Günü"nün təsis edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncamda qeyd edilir: Ölkənin iqtisadiyyatında sahibkarların
artan rolunu, məşğulluğun təmin olunmasında sahibkarlığın
inkişafının müstəsna əhəmiyyətini nəzərə alaraq, cəmiyyətdə
sahibkarlığa dəstək əhval-ruhiyyəsinin artırılmasına təkan vermək
məqsədi ilə, Azərbaycan Respublikası Konstitusiyasının 109-cu
maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Hər il aprelin 25-i Azərbaycan Respublikasında "Sahibkarlar
Günü" kimi qeyd edilsin.
***
İlham Əliyev Azərbaycan milli kulinariya sahəsinin
əməkdaşlarına "Əməkdar mədəniyyət işçisi" fəxri adının verilməsi
haqqında sərəncam imzalayıb.
Sərəncamda deyilir: Azərbaycan Respublikası Konstitusiyasının
109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan milli mətbəx mədəniyyətinin təbliğində səmərəli
fəaliyyətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar mədəniyyət işçisi"
fəxri adı verilsin:
Əliyev Oruc Nağı oğlu
Əmiraslanov Tahir İdris oğlu.