Milli Məclisdən Mərkəzi Bankla bağlı mühüm qərar...
18:26
Ana səhifə Gündəm |
İranın hava hücumundan müdafiə qüvvələri səhvən özünün F-4 qırıcısını vurub.
Axar.az İran mediasına istinadla xəbər verir ki, hadisə Bisütun dağının yaxınlığında olub.
Şahidlərin bildirdiyinə görə, hadisədən sonra təhlükəsizlik qüvvələri dərhal Bisütundan Dinevar istiqamətində yol hissəsini bağlayaraq, nəqliyyat vasitələrinin hərəkətini məhdudlaşdırıb.
Yerli sakinlər təhlükəsizlik xidmətləri və hərbçilərin ərazidə işlədiyini təsdiqləyib.
Təyyarənin düşməsi, hadisənin səbəbləri və nəticələri barədə hələ rəsmi açıqlama yoxdur.
Tarix
2024.11.07 / 14:18
|
Müəllif
Suzanna İsmayılova
|