Yuxarı

“Azərişıq” COP29-a görə gücləndirilmiş iş rejiminə keçir

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar ölkəmizdə cari ilin 11-22 noyabr tarixlərində keçirilməsi nəzərdə tutulan tədbirlərin yüksək səviyyədə təşkili məqsədilə “Azərişıq” ASC gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirəcək.

Axar.az xəbər verir ki, ASC üzrə Mərkəzi Qərargah, yerli struktur bölmələr üzrə işçi qrupları yaradılaraq, tədbirin keçiriləcəyi bütün məkanların, ölkəmizə gələcək nümayəndə heyətləri və qonaqların yerləşdirilməsi üçün nəzərdə tutulan mehmanxana, yaşayış kompleksləri və digər obyektlərin fasiləsiz, yüksək keyfiyyətli elektrik enerjisi ilə təchiz olunmasına dair operativ tədbirlər həyata keçirilir.

Həmçinin Azərişıq ASC və COP29 tədbirinin təşkilatı komitəsi arasında işlərin koordinasiyalı və yüksək səviyyədə təşkil edilməsi məqsədilə mərkəzi Qərargah və yerli sruktur bölmələrdən ibarət yaradılmış işçi qruplarının əlaqələndirilməsi təmin edilmişdir.

Bundan əlavə “Olimpiya Stadionu” yarımstansiyasının elektrik təchizatı sxemin yoxlanılması BMT-nin səlahiyyətli nümayəndələri və COP29 əməliyyat şirkətinin aidiyyəti əməkdaşlarının birgə iştirakı ilə təmin olunmuşdur. Həmçinin məsul əməkdaşların təlimatlandırılması, treyniqlər və əks-qəza məşqlərinin keçirilməsi təmin edilmişdir.

Bakı şəhəri başda olmaqla bütün regionlarda əhalinin fasiləsiz, dayanıqlı elektrik enerjisi ilə təmin olunması üçün bütün qabaqlayıcı texniki və təşkilati tədbirlər həyata keçirilib. Baş verə biləcək qəzaların operativ qaydada aradan qaldırılması üçün ölkə üzrə “199” Çağrı Mərkəzi və qəza xidmətləri fəaliyyətini gücləndirilmiş iş rejiminə uyğunlaşdırmışdır. Yarana biləcək hər hansı bir nasazlıq zamanı istehlakçılardan dərhal Azərişıq ASC-nin “199” Çağrı Mərkəzi, rəsmi “Facebook” və “İnstagram” səhifələrinə müraciət etmələri xahiş olunur. 24 saat fasiləsiz fəaliyyət göstərən “199” Çağrı Mərkəzinə daxil olmuş təklif və şikayətlər dərhal icraya yönəldilir.

Tarix
2024.11.07 / 16:08
Müəllif
Axar.az
Digər xəbərlər

Qafarova ilə görüş barədə xəbəri gözləyirəm - Simonyan

Bakı ilə sazişi oxumamışam, amma dəstəkləyirəm - Qalyan

Tramp əmr verdi: Türk ordusunun önündən çıxın! - Video

Azərbaycana qarşı təxribat hazırlanır - Video

Şarl Mişel Bakıya gəlir

Türk fermer Qarabağ zəfərini belə təbrik etdi - Video

Hər gün oğul atasını, ər arvadını öldürür: TV aparıcıları da...

İran öz qırıcısını vurdu - Video

Nikola, Sanduya “halaldı”, Tramp da Putinin adamıdır...

İran səfiri yenə Zəngəzurdan danışdı: Əleyhinəyik!

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla