Trampın maaşı nə qədər olacaq?
20:09
Ana səhifə Planet |
Avropa liderləri Avropa Şurasının qeyri-rəsmi iclasında Gürcüstanda seçkilərdən sonra vəziyyəti müzakirə edəcəklər.
Axar.az xəbər verir ki, bu barədə Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin AB-yə üzv dövlətlərin başçılarına göndərdiyi dəvət məktubunda deyilib.
“Seçkilərdən sonra Gürcüstandakı vəziyyəti və gediləcək yolları da müzakirə edəcəyik”, - məlumatda qeyd olunub.
Qeyd edək ki, noyabrın 8-də Budapeştdə Avropa Şurasının qeyri-rəsmi iclasında liderlər transatlantik əlaqələri və BMT-yə dəstəyi müzakirə edəcəklər.
Tarix
2024.11.07 / 16:57
|
Müəllif
Axar.az
|