Yuxarı

Afrika bunun üçün 1,3 trilyon dollar axtarır - Nyambura

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) Afrika ölkələrinin əsas gözləntilərindən biri yeni kollektiv, kəmiyyətcə ifadə olunan maliyyə hədəfinin müəyyən edilməsidir.

Axar.az xəbər verir ki, bunu iqlim konfransının üçüncü günündə İqlim dəyişikliyi sahəsində ədalət üzrə Panafrikan Alyansının nümayəndəsi Çarlz Piter Mvangi Nyambura jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, yeni maliyyə hədəfinə diqqətin yetirilməsi Afrika qitəsinin iqlim dəyişikliyinin ciddi nəticələri ilə üzləşməsinə görədir:

"Bu ciddi nəticələr insanların ölümünə və s. səbəb olur. Qitədə uyğunlaşma son dərəcə vacibdir. Buna görə də biz ona resursların ayrılmasını xahiş edirik, çünki hökumətlərimiz ÜDM-in 5-9 faizini uyğunlaşma tədbirlərinin maliyyələşdirilməsinə xərcləyir. Xüsusilə inkişaf proqramlarımızın həyata keçirilməsi üçün milli səviyyədə müəyyən edilmiş töhfələr də daxil olmaqla xarici resurslara ehtiyac var".

Alyans nümayəndəsi vurğulayıb ki, Afrika qitəsində Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələrin (NDCs) həyata keçirilməsi üçün 3 trilyon ABŞ dolları tələb olunur:

"Bu vəsaitin xarici mənbələrdən gələcəyi gözlənilir, çünki daxili vəsait kifayət deyil. Biz bu resursları tələb etmişik.

Beləliklə, Afrika yeni kollektiv maliyyələşdirmə hədəfinə çatmaq üçün 1,3 trilyon ABŞ dolları axtarır. Bizi bura gətirən də budur. Bəyan edirik ki, uyğunlaşma qitə üçün əsas prioritetdir".

Tarix
2024.11.13 / 09:49
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Filemon Yanqla görüşdü

İlham Əliyev Məhəmməd Yunusla görüşdü

COP29-da konfrans iştirakçıları aksiya keçirdi - Video

Pezeşkianın Bakıya gəlməməsi üçün uydurulan yalan…

İsrailin dörd həbrçisi həlak oldu

Bakıdan qayıdan Ərdoğan təyyarədə bunları açıqladı

Prezident Kristalina Georgiyeva ilə görüşdü

Bayramov BMqT baş direktoru ilə görüşdü

"Sülhə tələsdirmirik" deyən Lavrova Mirzoyanın cavabı

İlham Əliyev Miçotakislə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla