Yuxarı

Tramp Putinə “başkəsən” deyən senatoru dövlət katibi edir

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Florida ştatından senator Marko Rubionun Dövlət Departamentinin rəhbəri vəzifəsinə namizədliyini irəli sürmək niyyətində olduğunu açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Trampın keçid komandası məlumat yayıb.

“Marko xalqımızın güclü müdafiəçisi, tərəfdaşlarımıza sadiq müttəfiq və heç vaxt düşmənlərimizə boyun əyməyən cəsur döyüşçü olacaq”, - bəyanatda deyilir.

Rubio özü də göstərilən etimada görə minnətdarlığını bildirərək təyinatını təsdiqləyib.

Qeyd edək ki, Rubio 2014 və 2022-ci illərdə Rusiyanı SWİFT sistemindən ayırmaqda israrlı olan senatorlar arasında olub. O, həmçinin Vladimir Putini “başkəsən” və “quldur” adlandırıb.

Rubio Kiyevə apreldə qəbul edilmiş 61 milyard dollarlıq hərbi yardım paketinin əleyhinə səs verən 15 respublikaçıdan biridir. Sentyabrda Ukraynadakı müharibənin gedişatını şərh edərkən qeyd edib ki, o, Rusiyanı dəstəkləmir, lakin hərbi əməliyyatların danışıqlarla yekunlaşacağını güman edir.

Rubio HƏMAS-ı terrorçu kimi tanıyır və İsrailin onları sonadək məhv etməsinin, İran, Şimali Koreya və Suriyaya sanksiyaların sərtləşdirilməsinin tərəfdarıdır.

O, erməni diasporu ilə “yaxşı əlaqələri” olan senator sayılır.

Tarix
2024.11.14 / 10:15
Müəllif
Axar.az
Digər xəbərlər

Hacıyevdən Borrellin "bağ və cəngəllik" bənzətməsinə cavab...

Prezident Məhəmməd Əl-Casir ilə görüşdü

1919-cu il Sülh Konfransına təqdim edilmiş xəritədə... - XİN

COP29-da danışıqlar prosesində irəliləyişlər var

İlham Əliyev Maldiv prezidenti ilə görüşdü

İlham Əliyev Yəmənin vitse-prezidenti ilə görüşdü

İlham Əliyev Avropa Şurasının baş katibi ilə görüşdü

İlham Əliyev Efiopiya prezidenti ilə görüşdü - Foto

İlham Əliyev Braziliyanın vitse-prezidenti ilə görüşdü

Prezident Ramçandra Paudel ilə görüşdü

KULT
<>
Xəbər xətti
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla