Yuxarı

Nar görün hansı xəstəliyin dərmanı imiş...

Ana səhifə Sağlıq
12 Punto 14 Punto 16 Punto 18 Punto
Nar görün hansı xəstəliyin dərmanı imiş...

"Punikalin" adlı maddə xərçəng hüceyrələrinin böyüməsini ləngitmək potensialına malikdir.

Axar.az Milli.az-a istinadən xəbər verir ki, bu, İspaniyanın Malaqa Universitetində aparılan və beynəlxalq elmi jurnalda dərc olunan araşdırmada qeyd olunub.

Alimlər narın tərkibində olan bu təbii birləşmənin süd vəzi xərçənginin ən aqressiv növlərindən biri sayılan "üçlü neqativ süd vəzi xərçəngi" üzərində ümidverici təsirlər göstərdiyini açıqlayıblar.

Üçlü neqativ süd vəzi xərçəngi bütün süd vəzi xərçəngi hallarının təxminən 10-15%-ni təşkil edir. Bu növ digər xərçənglərdə istifadə olunan hədəfli müalicələrə cavab vermədiyi üçün müalicə imkanları çox məhduddur. Əksər hallarda yeganə seçim kimyaterapiya olur.

Bu səbəbdən alimlər daha effektiv və təbii müalicə yolları axtarırlar.

Araşdırmada diqqət çəkən əsas nəticəyə görə, punikalin xərçəng hüceyrələrinin çoxalmasını azaldır, onların orqanizmdə yayılma (metastaz) riskini aşağı salır və şişin digər orqanlara keçmə ehtimalını zəiflədir. Bu xüsusilə aqressiv xərçəng növləri üçün mühüm irəliləyiş hesab olunur.

Xərçəngin böyüməsi üçün yeni qan damarlarının yaranması (angiogenez) vacibdir. Araşdırmaya görə, bu təbii birləşmə yeni damarların formalaşmasını azalda və beləliklə şişin "qidalanmasını" çətinləşdirə bilər.

Mütəxəssislər vurğulayır ki, bu nəticələr hələlik laboratoriya şəraitində əldə olunub və insanlar üzərində sınaqdan keçirilməyib. Bu maddənin dərman kimi istifadəsi üçün daha geniş tədqiqatlara ehtiyac var. Bununla belə, alimlər hesab edir ki, bu cür təbii birləşmələr gələcəkdə xərçəng müalicəsində mühüm rol oynaya bilər.

Tarix
2026.03.28 / 02:00
Müəllif
Axar.az
Digər xəbərlər

Bunu yaxşı bilən ölkələrdən biri Azərbaycandır - Şakarişvili

Rusiya MN rəhbəri Azərbaycana gələcək

Rusiya buna görə Əliyevə minnətdardır - Putin

Tokayev bu il Azərbaycana gələcək

Bayramov Arakçı ilə danışdı

Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil

Rusiyadan yeni təklif: Azərbaycan istəsə, biz hazırıq

Azərbaycanla yenidən əməkdaşlığı zəruri hesab edirik

Rubiodan Azərbaycan açıqlaması: Bu səhifə bağlandı

Rusiyanın Ermənistan qərarı Azərbaycana dərs olmalıdır

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla