Yuxarı

Quba-Xınalıq yolunda son vəziyyət - Video

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Quba-Xınalıq yolunda son vəziyyət - Video

11:24

Quba rayonunun Xınalıq kəndinə gedən avtomobil yolunda uçqun baş verib.

Axar.az APA-ya istinadla xəbər verir ki, yolun dağlıq hissəsində baş verən uçqun nəticəsində hərəkət müvəqqəti olaraq məhdudlaşdırılıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrinin hərəkəti dayanıb, avtomobillər yolda qalıb.

Hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları və texnikaları cəlb olunub, yolun açılması istiqamətində işlər aparılır.

Sürücülərə və vətəndaşlara həmin istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları tövsiyə edilir.

***

Güclü yağışlar nəticəsində sel Qubanın Xınalıq kəndinə gedən avtomobil yolunda hərəkəti tamamilə dayandırıb.

Dağlıq ərazidən keçən sel yolun bir hissəsini yuyub, asfalt örtüyündə ciddi çökmələr qeydə alınıb.

Eyni zamanda, torpaq sürüşməsi baş verib və kəndlə nəqliyyat əlaqəsi tam kəsilib.

İntensiv yağıntılar davam edir.

Qeyd olunub ki, yolun bərpası və fəsadların aradan qaldırılması hava şəraiti sabitləşməsindən və intensiv yağışın dayanmasından sonra mümkün olacaq.

Hazırda aidiyyəti qurumlar vəziyyəti nəzarətdə saxlayır. Sürücülərdən və vətəndaşlardan təhlükəsizlik məqsədilə həmin istiqamətdə hərəkət etməmələri xahiş olunur.

***

Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub.

Martın 27-28-də Qubanın dağlıq ərazilərinə yağan güclü leysan yağışından sonra yaranan sel Xınalıq kəndinə gedən yolu bağlamışdı.

Belə ki, dağlardan gələn qaya parçaları və palçıq kütləsi 30-32-ci kilometrliklərdə yolun hərəkət hissəsinə tökülüb, təxminən 800 metr məsafədə asfalt örtüyü dağılıb.

Əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumlarının canlı qüvvəsi və ağır texnika cəlb olunub.

Sahə rəisi Bilal Sultanov Azərtac-a bildirib ki, hazırda Xınalıq və həmin istiqamətdə yerləşən digər kəndin sakinlərinin rayon mərkəzinə gediş-gəlişi təmin edilib. Əsas çətinlik yolun 3 kilometrlik hissəsində müşahidə olunur.

Yağış və sel axını davam etdiyindən qaya parçalarının yola yuvarlanma riski qalır. Sürücülərə bu istiqamətdə hərəkət edərkən ehtiyatlı olmaları, mümkün olduqda alternativ marşrutlara üstünlük vermələri tövsiyə edilir.

Tarix
2026.03.28 / 18:49
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident niyə Buxaraya da səfər etdi?

Prezidentin Özbəkistan səfəri ilə bağlı - Videoçarx

İlham Əliyevin Özbəkistana səfəri başa çatdı - Video

Prezidentin Özbəkistan səfəri: Əbədi dostluq…

Prezidentlər və xanımları “Poyi-Kalon” kompleksi ilə tanış oldu

Prezidentlər və ailə üzvləri Ark qalasında

Prezidentlər və xanımları İsmayıl Samani türbəsində - Video

Özbəkistan ilə Azərbaycanın qarşılıqlı münasibətləri...

Konstitusiyada Bəyannaməyə istinad olmayacaq - Paşinyan

Bakı və İrəvan sülh üçün bunu dayandırmalıdır - Paşinyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla