Yuxarı

Kolumbiyanın Qüds qərarı... – Türkiyə və 18 ölkədən etiraz

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kolumbiyanın Qüds qərarı... – Türkiyə və 18 ölkədən etiraz

Türkiyə, Fələstin, Səudiyyə Ərəbistanı, Qətər və Pakistanın da daxil olduğu 19 ölkənin xarici işlər nazirləri Kolumbiyanın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsini qətiyyətlə pisləyən bəyanat yayıblar.

Axar.az xəbər verir ki, bəyanatda qərarın BMT Təhlükəsizlik Şurasının qətnamələrinə zidd olduğu və ikidövlətli həll əsasında sülh səylərinə zərər verdiyi bildirilib.

Nazirlər Qüdsün hüquqi və tarixi statusunu dəyişdirməyə yönələn addımların beynəlxalq hüquq baxımından etibarsız olduğunu vurğulayıblar. Onlar Kolumbiya hökumətini qərarını yenidən nəzərdən keçirməyə və ləğv etməyə çağırıblar.

Bəyanatda həmçinin paytaxtı Şərqi Qüds olan müstəqil və suveren Fələstin dövlətinin yaradılmasının dəstəkləndiyi xatırladılıb.

Qeyd edək ki, Kolumbiya İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürüb. İsrail Qüdsü paytaxtı elan etsə də, beynəlxalq ictimaiyyətin əhəmiyyətli hissəsi şəhərin statusunu mübahisəli hesab edir və səfirliklərini Təl-Əvivdə saxlayır.

Tarix
2026.10.16 / 13:09
Müəllif
Aytac Əliyeva
Digər xəbərlər

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla