Yuxarı

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyana jurnalistlərlə söhbəti zamanı Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevdən telefon zəngi gəlib.

Axar.az xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

Söhbət zamanı Simonyan Türkiyə ilə sərhədin açılması və münasibətlərin normallaşdırılması istiqamətində müsbət tendensiyaların göz qabağında olduğunu bildirib.

Azərbaycanın COP17-də iştirak etməməsinin səbəbi ilə bağlı jurnalistin sualını cavablandıran Simonyan Ermənistanın da 2019-cu ildə Bakıda keçirilən sammitdə (2019-cu ildə Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü keçirilib. COP29 isə 2024-cü ildə baş tutub – red.) iştirak etmədiyini xatırladıb:

“Onların da bizim kimi ölkə daxilində müəyyən məsələləri izah etmək problemi var. Lakin bunu ikitərəfli münasibətlərə şamil etmək olmaz. Heç bir gərginlik yoxdur və gözlənilmir”.

Simonyan Azərbaycan-Ermənistan münasibətlərində mənfi nümunələrin də olduğunu etiraf edib, lakin müsbət tendensiyaların çox vaxt diqqətdən kənarda qaldığını vurğulayıb:

“Ermənistan parlamentinin tribunasından və mediamızda da heç də az sərt olmayan bəyanatlar səsləndirilir, lakin biz bunu görməzdən gəlirik. O (Azərbaycan Prezidenti İlham Əliyev – red.), həmçinin dönməz sülhdən danışır, işğal adlandırdığı hadisələrə qiymət verir və müsbət ifadələr işlədə bilməzdi. Beləliklə, görüləsi işlər var, amma gəlin etiraf edək ki, ritorika dəyişir. Mən həm Hacıyevə, həm də Prezident Əliyevə demişəm: “Cənab Prezident, bilməlisiniz ki, sizin bəyanatlarınız Ermənistanda çox həssas qarşılanır. Sülhdən danışarkən siz də mühüm rol oynayırsınız. Sizin ritorikanız Ermənistanda eşidilir”. Onun bunu qəbul edib-etmədiyini bilmirəm”.

Tarix
2026.10.16 / 11:38
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili

Azərbaycan XİN Pakistana başsağlığı verdi

Paşinyanın Azərbaycanla bağllı “hədəfi” - Plan

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla