Yuxarı

Hərbçilərin pensiya təyinatında yenilik

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hərbçilərin pensiya təyinatında yenilik

Hərbçilərə pensiya kapitalı və sabit məbləğdə aylıq pensiya əlavəsi hesablanmaqla pensiya təyin ediləcək.

Axar.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.

Hazırda qüvvədə olan qanuna əsasən, hərbi qulluqçular hazırda sonuncu təminat xərcliyi əsasında pensiyaya çıxır.

Təklif olunan yeni yanaşmaya əsasən pensiya məbləği ilə təminat xərcliyi arasındakı əlaqə aradan qalxacaq, fərdi şəxsi hesabında qeydə alınmış pensiya kapitalı əsas götürülməklə pensiya məbləği formalaşacaq. Sığorta mexanizmi gücləndirilməklə fərdi şəxsi hesabda qeydə alınmış pensiya kapitalına əsasən onlara ümumi əsaslarla pensiya təyin edilərək ödəniləcək.

Eyni zamanda, pensiya məbləği ilə yanaşı mövcud qanunvericilikdə nəzərdə tutulmuş əmək pensiyasına qulluq stajina görə əlavə deyil, sabit məbləğdə aylıq pensiya əlavəsi təyin ediləcək. Aylıq pensiya əlavəsinin məbləği hərbi rütbələr üzrə müəyyən olunacaq.

Qeyd edilib ki, hərbi qulluqçuların pensiya məbləğlərinin təminat xərcliyinə bağlılığı pul təminatı artımları zamanı toplanan pensiya kapitalına mütənasib olmayan pensiya məbləği formalaşmasına və hərbi qulluqçuların xidmətdə daha uzun müddət qalmasını deyil, pensiyaya çıxmasını stimullaşdırır.

Bu islahat hərbçilərin daha çox xidmətdə qalmasını stimullaşdıracaq, daha çox xidmət etdikcə vəzifə və rütbələri, buna uyğun olaraq əməkhaqları, habelə pensiya kapitalları artacaq və gələcəkdə pensiyalarının daha yüksək olmasına imkan yaranacaq. İslahat hərbçilərlə bağlı pensiya təyinatı sisteminin əhəmiyyətli dərəcədə sadələşməsinə, onların pensiyalarının elektron qaydada hər hansı ünvana getmədən qısa vaxtda təyin olunmasına imkan yaradacaq.

Qanun layihəsi səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

Tarix
2026.10.16 / 12:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla