Yuxarı

ADY sədri Qazaxıstanda biznes-forumunda iştirak etdi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
ADY sədri Qazaxıstanda biznes-forumunda iştirak etdi

Azərbaycan Dəmir Yollarının (ADY) sədri Rövşən Rüstəmov Qazaxıstana səfəri çərçivəsində 8-ci “Yeni İpək Yolu” (“New Silk Way”) biznes-forumunda iştirak edib.

Axar.az xəbər verir ki, “Rəqəmsal İpək Yolu: Süni intellekt və logistikanın qabaqcıl texnologiyaları” mövzusunda keçirilmiş forumda rəqəmsal transformasiyanın nəqliyyat-logistika sektoruna təsiri, süni intellektin tətbiqi və müasir texnologiyaların beynəlxalq yükdaşımaların səmərəliliyinin artırılmasındakı rolu diqqət mərkəzində olub.

ADY sədri həmçinin forumun tərkib hissəsi kimi təşkil olunmuş və Azərbaycan Dəmir Yollarının ayrıca stendlə iştirak etdiyi “TransLogistica Kazakhstan 2026” beynəlxalq sərgisini ziyarət edib, burada təqdim olunan qabaqcıl nəqliyyat-logistika həll və texnologiyaları ilə tanış olub.

Eyni zamanda, forum çərçivəsində ADY və AZCON rəhbər heyətlərinin “Qazaxıstan Dəmir Yolları” Milli Şirkəti SC-nin İdarə Heyətinin sədri Eljas Otınşiyevlə görüşü keçirilib. Görüşdə iki ölkənin dəmir yolu şirkətləri arasında əməkdaşlığın genişləndirilməsi, Orta Dəhlizin inkişafı, tranzit daşımalarının həcminin artırılması və rəqəmsal həllərin tətbiqi imkanları müzakirə olunub.

Bundan başqa, ADY sədri Rövşən Rüstəmov “Özbəkistan Dəmir Yolları” SC-nin İdarə Heyətinin sədri Zufar Narzullayevlə görüşüb. Müzakirələr dəmir yolu nəqliyyatı sahəsində regional əməkdaşlığın gücləndirilməsi, beynəlxalq nəqliyyat dəhlizlərinin imkanlarından daha səmərəli istifadə və yükdaşımalar üzrə koordinasiyanın təkmilləşdirilməsi kimi məsələləri əhatə edib.

Görüşlərdə Azərbaycan, Qazaxıstan və Özbəkistanın tranzit potensialının əlaqələndirilməsinin, dəmir yolu infrastrukturu və logistika xidmətlərinin inkişaf etdirilməsinin, eləcə də rəqəmsal məlumat mübadiləsinin təkmilləşdirilməsinin regional nəqliyyat bağlantılarının gücləndirilməsi baxımından əhəmiyyəti vurğulanıb.

Tarix
2026.10.16 / 12:30
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan haqda dediklərinizin nəticələrini anlayırsımızmı?

Ərdoğanı Bakıya gətirən səbəb...

Azərbaycana gedirəm, ümid edirəm ki... - Ərdoğan

Ermənipərəst senatorla biz yox, onlar mübarizə aparacaq

Paşinyan Türkiyəyə gedir

Ərdoğan Azərbaycana gəlir - Təcili

ABŞ-da seçki: Demokratlar qalib gəlir

ASAN Xidmət unikal Azərbaycan brendidir - Prezident

İlham Əliyev onlara müraciət ünvanladı

Rusiya Azərbaycanın qaytardığı məhsulu satışdan çıxarır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla