Yuxarı

COP29 çərçivəsində bununla bağlı sərt danışıqlar gedir

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
COP29 çərçivəsində bununla bağlı sərt danışıqlar gedir

Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində 300-500 milyard dollar arasında yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir.

Axar.az Report-a istinadla xəbər verir ki, danışıqlar sərt və ciddi surətdə davam edir.

Mənbənin bildirdiyinə görə, Avropa Birliyi və ABŞ böyük maliyyə yükünün altına girmək istəmir. AB-də başa düşürlər ki, bunu indi etmək lazımdır, çünki ABŞ-də Donald Tramp hakimiyyətə gələndən sonra bunu etmək mümkün olmayacaq.

Məlumata görə, kollektiv Qərb hər bir vəchlə yüksək inkişaf səviyyəsi və maliyyə imkanları olan inkişaf etməkdə olan ölkələri prosesə daxil etmək istəyir. Qərb xüsusilə bu prosesə Çin, Qətər və bu qəbildən olan ölkələri cəlb etmək niyyətindədir.

Cənubi Koreya və Sinqapur və müəyyən mənada Ərəb Əmirlikləri bu sıraya qoşulsalar da, Çin və Səudiyyə Ərəbistanı qəti etiraz edir. Çin China+G 77 qrupu vasitəsilə prosesə və Qərb ölkələrinə təzyiq göstərir.

Mənbə xatırladıb ki, ABŞ-ın bütün COP danışıqlarında strategiyası heç bir öhdəlik götürməmək və ABŞ-ın neft-qaz sənayesini qorumaqdan ibarət olub. İndiki danışıqlar qrupu Tramp seçiləndən sonra çox tərəddüdlü görünür.

Səudiyyə Ərəbistanı, Küveyt, Boliviya və bu qrup digər ölkələr keçən il Birləşmiş Ərəb Əmirliklərindən qəbul edilmiş “fossil fuel transition” sənədinin əleyhinə çıxır və onun təkrar gündəliyə gətirilməsinə mane olurlar.

Azərbaycan danışıqlar prosesində vasitəçi və ev sahibidir. Geosiyasi qütbləşmə kəskindir. Yeni maliyyə hədəfi müəyyən olunacaqsa, bu, bütün dünyanın uğurudur. Bu olmayacaqsa, bu, eyni zamanda bütün dünyanın və iqlim fəaliyyətinin iflasıdır.

Tarix
2024.11.19 / 17:08
Müəllif
Axar.az
Digər xəbərlər

Həbsdə olan jurnalistin ailəsində növbəti faciə

Prezidentdən Xaqani Şirvani ilə bağlı mühüm sərəncam

Tarixi sərvətləri məhv etməyə görə cəzalar sərtləşdirildi

İlham Əliyev Gürcüstanla bu sazişi təsdiqlədi

6 nəfər prokurorluq orqanlarından xaric edildi

Bayramov Çin muzeyini ziyarət etdi, bu sözləri yazdı

Bakının bu addımı ümid verir... - Mirzoyan

İrəvan sülh naminə düşünülmüş seçim edib - Mirzoyan

Azərbaycan və Çin XİN rəhbərləri Pekində görüşdü

Qazaxıstan Rusiyanı Azərbaycanla əvəzləyir...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla