Yuxarı

Kəmaləddin Heydərov general Elakla görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kəmaləddin Heydərov general Elakla görüşdü

Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində ölkəmizdə səfərdə olan Madaqaskar Respublikası Daxili İşlər Nazirliyinin Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun baş direktoru diviziya generalı Olivier Andriakaja Elak ilə görüşüb.

Axar.az xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumata görə, qonağı salamlayan nazir Kəmaləddin Heydərov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə uğurla keçirilən qlobal tədbir – COP29-da Madaqaskar DİN-in Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun təmsilçilərinin iştirakının yüksək qiymətləndirildiyini qeyd edib.

Nazir Azərbaycan Fövqəladə Hallar Nazirliyinin strukturu və fəaliyyəti barədə ətraflı məlumat verib, iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə sahəsində əlaqələrin qurulması və inkişafı üçün mövcud potensialı vurğulayıb.

Səmimi görüşə görə təşəkkür edən Madaqaskar Daxili İşlər Nazirliyi Şəhər dözümlülüyü, davamlılıq və risklərin idarə edilməsi üzrə Milli bürosunun baş direktoru diviziya generalı Olivier Andriakaja Elak COP29-da iştirakdan məmnunluq ifadə edib, mötəbər tədbirin Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunduğunu deyib. Qonaq rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında ətraflı məlumat verib, fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması istiqamətində iki qurum arasında münasibətlərin formalaşdırılmasının əhəmiyyətini qeyd edib.

Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Daha sonra qonaq FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin Böhranların idarə edilməsi zalı və Əməliyyat zalı, İctimaiyyətlə əlaqə idarəsinin Multi-media mərkəzinin fəaliyyəti ilə yerində tanış olub.

Tarix
2024.11.20 / 20:32
Müəllif
Axar.az
Digər xəbərlər

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla