Yuxarı

Saakyan da şərt qoydu: Müharibə artıq qaçılmazdır

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnsanlar ərazilərin verilməsi ilə bağlı əsassız danışıqları dayandırmalıdırlar.

Axar.az xəbər verir ki, bunu Ermənistan İctimai Televiziyasına müsahibəsində Qarabağ separatçılarının lideri Bako Saakyan söyləyib. Onun sözlərinə görə, ermənilər əvvəlki dövrlərə qayıtmaq niyyətində deyillər.

Saakyan həmçinin torpaqların Azərbaycana qaytarılmayacağını da bildirib. Separatçı lider Qarabağla Ermənistan arasında münasibətlərin pisləşməsi ilə bağlı faktlar axtarılmasının da dayandırılmasını tələb edib.

"Hələlik biz Azərbaycandan Dağlıq Qarabağın müstəqilliyini tanıyacağı ilə bağlı cavab almamışıq. Əgər cavab yenə "yox" olarsa, o zaman aparılan müzakirələr faydasız olacaq. Biz tərəf olaraq danışıqlar prosesinə daxil olmaq istəyirik".

Saakyan 2015-ci ilin iyulundan bu ilin aprelinə qədər erməni tərəfinin itkilərini açıqlayıb. Onun sözlərinə görə, bu müddət ərzində erməni ordusunda 21 nəfər ölüb, 113 nəfər yaralanıb. Amma 2 apreldən bu yana olan itkilərə toxunmayıb.

Xatırladaq ki, Sərkisyan və Saakyan aprelin əvvəli ilə müqayisədə tamam fərqli ritorikaya keçiblər. Sərkisyan ötən gün partiya toplantısında Qarabağla bağlı sülh danışıqları üçün 3 şərt irəli sürüb: Dördgünlük müharibənin araşdırılmasına dair mexanizmlərin tətbiqi, ünvanlı bəyanat və Azərbaycanın Dağlıq Qarabağdakı əhaliyə qarşı yeni aqressiyaya və terrora getməyəcəyinə təminat.

Bunun ardınca Saakyanın da şərtlə danışması və cəbhədə erməni hərbçilərinin Azərbaycan mülki əhalisinə qarşı vəhşiliyi çox mətləblərdən xəbər verir.

Tarix
2016.04.29 / 09:53
Müəllif
İlkin Həsənov
Şərhlər
Digər xəbərlər

Onlar Paşinyanı devirmək istəyirlər - Torosyan

Rusiya zirehli texnikası Yalamada – Video

Dərs almasaq, yeni müharibə olacaq – Xəbərdarlıq

Makronun Cənubi Qafqaza uzatdığı barmaq kəsilməlidir

Fransa legionu Ukraynada: “İsgəndər”in yeni hədəfi var!

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Video

Bakı bu sessiyada ölkələri atəşkəs bağlamağa çağıracaq

İcmadan Erməni Qriqorian Kilsəsi ilə bağlı çağırış

Türkiyədə Əhməd Cavad İnstitutu qurulacaq

MN şəhidlərin xatirəsinə anım mərasimləri keçirdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla