Yuxarı

Tunberqi “yaradan”, Bakıya qarşı çıxan Rentjoq nələr dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Axar.az “Qafqaz bürosu” Teleqram kanalının antiazərbaycan mövqeyinə dair materialları ilə məşhur olan, eko-fəal Qreta Tunberqin “yaradıcısı”, iqlim dəyişikliyi ilə mübarizə üzrə dünyanın ən böyük sosial şəbəkəsi “WeDontHavetime.org”un təsisçisi və baş direktoru İnqmar Rentjoqla müsahibəsi təqdim edir:

- Tanınmış “eko-döyüşçü” kimi, COP29-un nəticələri haqqında nə deyə bilərsiniz?

- Şadam ki, COP29-da bir nəticə əldə etdik. 6-cı maddənin tamamlanması böyük addımdır, iqlimə əhəmiyyətli və sürətli təsir göstərə bilən metan emissiyalarının azaldılmasında irəliləyiş məni ruhlandırır. Metan kimi qısamüddətli iqlim çirkləndiricilərinin emissiyalarının azaldılması bizə cəmiyyəti karbonsuzlaşdırmaq üçün dəyərli vaxt qazandıra bilər.

- Azərbaycanın COP29-un ev sahibi kimi seçilməsi ölkə iqtisadiyyatının böyük ölçüdə neft və qaz hasilatı satışından asılı olması səbəbindən tənqid olunub. Bəs bir ölkənin qlobal çirklənmədə rolu onun iqtisadiyyatında neft sektorunun payı ilə ölçülə bilərmi?

- Bir tərəfdən, hesab edirəm ki, iqlim konfranslarının müxtəlif regionların ölkələrində keçirilməsi yaxşıdır. Digər tərəfdən, COP29 sizin keçirdiyiniz “Avroviziya” kimi deyil. Bir iqlim fəalı kimi iqtisadiyyatı əsasən neftə əsaslanan bir ölkəni tanımaq mənim üçün çətindir. Tədbirə gəlməzdən əvvəl çox oxudum. Bununla belə, Azərbaycanın haqqını verməli olacam. Təşkilatçılıq yüksək səviyyədə idi, burada görüşdüyümüz insanlar o qədər mehriban, xaricilərə o qədər açıq idilər ki! Azərbaycan açıq və mehriban ölkə olması ilə bir çox nümayəndə heyətini təəccübləndirdi. Etiraf edirəm ki, bu, logistika baxımından əvvəllər iştirak etdiklərim içərisində ən yaxşı COP idi.

- Amma bəzi yoldaşlarınız hələ də Bakıda COP-un keçirilməsini qəbul etmək istəmirlər...

- Bayaq dediyim kimi, Azərbaycan kimi neft dövlətlərinin yeni iqlim hədəfi istiqamətində çalışmasını normal hesab edirəm. Burada dəqiq qaydalar yoxdur. Biz COP-a hörmət etməliyik, lakin bəzən gələcəkdə tədbirin özünü yaxşılaşdırmaq üçün iqlim mövzusundakı tənqidlərdən də istifadə edə bilərik.

- Vaxtilə bir çox dünya mediası sizin adınızı antiazərbaycan mövqeyi ilə tanınan ekoloji fəal və eyni zamanda COP29-un siyasiləşdirilməsinin əsas ruporu olan Qreta Tunberqlə əlaqələndirib. İndi Qreta haqqında nə düşündüyünüzü bilmək istərdik?

- Bu, çoxdan olub... Onun yerinə danışa bilmərəm, ancaq öz adımdan danışa bilərəm. Başqasının fikrinə münasibət bildirmək istəmirəm. Hər kəsin öz fikri ola bilər və hər kəs istədiyi dəyişikliklər üçün mübarizə apara bilər. Amma inanıram ki, insanlar iqlim məsələləri ilə bağlı toplaşırlarsa, o zaman iqlimin mahiyyətinə sadiq qalmalı, onu siyasətə və ya başqa məsələlərə qarışdırmamalıdır. Qeyri-iqlim problemlərinə dair fikirlərim var, lakin onları səsləndirmək üçün platformamdan istifadə etməyəcəyəm.

- Sizcə, Qreta kimi fəallar belə emosional çıxışlara görə pul alırlarmı?

- Məncə, yox. Onlar etdiklərinə inanırlar. Tənqid balansını təmin etmək üçün sistemin daxilində və xaricində insanlara ehtiyacı var.

- Amma onlar ekologiya ilə yox, siyasiləşmə ilə məşğuldurlar.

- Hər kəs öz fikrini bildirə bilər, lakin bu mənada başqa mövzuya keçmədən iqlimdən danışmalıyıq, çünki bu, anlaşılmazlığa gətirib çıxarır.

Tarix
2024.12.03 / 08:00
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Azərbaycanlı qardaş və bacılarımıza başsağlığı verirəm

Pezeşkian İlham Əliyevə zəng etdi

Ərşad Salehi Bağdaddakı səfirliyimizi ziyarət etdi

Mirziyayev İlham Əliyevə zəng etdi

Təyyarəni ruslar vurub, sonra Xəzərdə batmağa “göndərib”?

Pilotun bunu etməsi möcüzədir! – Şepard

Təyyarə qəzasında həlak olan Ramin də stüard işləyirmiş - Foto

ABŞ Dövlət Departamenti Azərbaycana başsağlığı verdi

Azərbaycan və Qazaxıstan baş nazirləri danışdı

Son məlumata görə, 16 vətəndaşımız sağdır - Baş konsul

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla