Yuxarı

Türkiyə ilə fikir ayrılığı ciddiləşir: İran nə edəcək?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə ilə fikir ayrılığı ciddiləşir: İran nə edəcək?

Suriya məsələsində İranın Türkiyə ilə fikir ayrılıqları və prosesə yanaşmadakı fərqlər qalmaqdadır.

Axar.az xəbər verir ki, İran xarici işlər naziri Abbas Arakçının Türkiyəyə səfəri və türkiyəli həmkarı Hakan Fidanla görüşməsi bu fikir ayrılıqlarını aradan qaldırmağa kifayət etməyib.

Türkiyə Suriya Prezidenti Bəşər Əsədin uzun müddətdir danışıqlardan yayınması və Ankaranın görüş təklifini qəbul etməməsindən sonra mövqeyini sərtləşdirib. Ankarada baş tutan görüşdə Hakan Fidan bunu həmkarı Abbas Arakçıya açıq şəkildə bildirdi: “Rejimin səmimi formada prosesdə iştirak etməməsi səhv idi. Münaqişələrin səbəbi 13 ildir ki, problemin həll olunmamasıdır”.

Görüşdən sonra “Əl-Ərəbi Əl-Cədid” nəşrinə açıqlama verən Abbas Arakçı isə hazırda Suriya böhranının yekun həllinə imkan yaratmaq üçün hazırlıq aparıldığını vurğulayıb. Buna baxmayaraq, o, Türkiyənin fərqli mövqe tutduğunu da etiraf edib:

“Tehran Türkiyə ilə mövcud fikir ayrılıqları ilə bağlı məsləhətləşmələrə və dialoq aparmağa çalışır”.

Qeyd edək ki, “Heyət Təhrir əş-Şam” qruplaşması Hələb və İdlibi ələ keçirdikdən sonra Həmaya hücum edib, hazırda Həmanın 8-ci kilometrliyində Suriya rejim qüvvələri ilə döyüşlər gedir.

Türkiyənin açıq şəkildə dəstəklədiyi Azad Suriya Ordusu (ASO) isə 8 ildir PKK-nın nəzarətində olan Tel-Rıfatı terrorçulardan təmizləyib. ASO-nun növbəti hədəfinin Menbiç olacağı gözlənilir.

Tarix
2024.12.04 / 10:34
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistana daha 7 vaqon buğda göndəriləcək

Bu səfirin Azərbaycanda fəaliyyəti başa çatdı

Minnixanovdan Əliyevə: Buna ümid edirik...

AİHM-in son qərarı ilə bağlı Əsgərovdan bəyanat

Gömrük Komitəsinin idarə rəisi işdən çıxarıldı

Baş nazirdən mühüm qərar

Vüqar Əhmədov Qax və Zaqatala sakinləri ilə görüşdü

TƏBİB sədrindən gözlənilməz qərar: İsrafilov işdən çıxarıldı

Prezident Qurbanova babasının fədakarlığından danışdı

Prezident otağındakı heykəllə bağlı maraqlı faktı açıqladı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla