Yuxarı

Jurnalist ABŞ-da erməniləri ifşa etdi - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Erməni hərbi qüvvələri çərşənbə axşamı ağır artilleriya silahları ilə Azərbaycan kəndlərinə hücum ediblər. Nəticədə Ağdam və Tərtər rayonlarında 2 mülki şəxsi öldürülüb, azı 8 mülki şəxs yaralanıb.

ANS-in ABŞ bürosunun rəhbəri Qənirə Ataşova ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Mark Tonerə Ermənistan silahlı qüvvələrinin cəbhə bölgəsində Tərtər və Ağdamda dinc sakinlərə hücumu barədə məlumat verib.

Q.Ataşova bu hücumların fəsadlarını əks etdirən fotoşəkilləri də nümayiş etdirib: "Mark, bildiyiniz kimi Ermənistan ordusunun Azərbaycan mülki insanlarına qarşı şiddətli artilleriya hücumları nəticəsində Tərtər və Ağdamda 50-dən çox ev dağıdılıb, insanlar həlak olub... Dövlət Departamentinin Dağlıq Qarabağda baş verən ən son gərginliklə bağlı şərh verməsini istəyərdim".

Dövlət Departamentinin rəsmisi bildirib ki, Vaşinqton heç bir gərginlik və ya zorakılıq görmək istəmir.

"Hər iki tərəfdən bu cür hücumları qınayırıq. Prosesin əvvəlki vəziyyətinə qayıtmasını - Dağlıq Qarabağda sülhün bərqərar olmasını istəyirik. Bütün tərəfləri gərginliyi yatırmağa və sülh prosesinə geri qayıtmağa çağırırıq", - Mark Toner bildirib.

Ermənistan silahlı qüvvələri cəbhə xəttində aprelin 2-nə keçən gecədən təxribatlar törədir. Həmin gecə erməni silahlı bölmələri bütün cəbhə boyu hücuma keçsə də Azərbaycan Silahlı Qüvvələri əks həmlə edərək qarşı tərəfin ön müdafiə xəttini yararaq bir sıra strateji yüksəklikləri işğaldan azad edib.

Lakin ermənilər bununla kifayətlənməyərək aprelin 25-də gecədən yenidən təxribatlara əl atıblar. Qarşı tərəf bu dəfə Ağdam və Tərtərdə mülki şəxsləri hədəfə alıb, yaşayış məntəqələrinə artilleriya zərbələri endirib. Azərbaycan Ordusu cavab tədbiri olaraq erməni silahlı bölmələrinin atəş nöqtələrinə atəş açıb.

Tarix
2016.04.30 / 11:07
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

İbrahim Rəisi sağdırmı? – İrandan şok qərarlar...

İran mediası Rəisi ilə bağlı bu xəbəri sildi

Sərhəddə açılış: İlham Əliyev və Rəisi iştirak etdi - Yeniləndi

İlham Əliyev Rəisi ilə görüşdü - Foto

XİN Türkiyədəki bu bayramla bağlı paylaşım etdi

Bayrağımız niyə oxşardır? Paris Bakıdan nə istəyir?

Mierinyanın Füzuli səfərində diqqət çəkən detal - Foto

Polis erməni deputatları sərhədimizə buraxmadı

İran-Azərbaycan əlaqəsi təkcə qonşuluq deyil – Rəisi

İran-Azərbaycan dostluğu sarsılmazdır - Əliyev

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla