Yuxarı

Suriya bir neçə günə xəritədən silinəcək: Qalib isə odur - Geqamyan

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriya bir neçə günə xəritədən silinəcək: Qalib isə odur - Geqamyan

İran Prezident Əsədin hakimiyyətini saxlamasını artıq mümkün saymadığı üçün Suriyadan öz komandirlərini və hərbi personalını çıxarmağa başlayıb.

Axar.az xəbər verir ki, bu barədə ötən gün sosial şəbəkələrdə yayılan məlumatı anonim mənbələrə istinadla “Nyu York Tayms” təsdiqləyib.

Erməni türkoloq Varujan Geqamyan bildirib ki, dünən İraqda İran, İraq və Suriyanın nümayəndələri türkiyəyönlü qüvvələrə müqavimət imkanlarını müzakirə etmək üçün bir araya gəlib:

“Bəzi mənbələr İraqın Suriyaya hərbi yardım göstərməkdən imtina etdiyini bildirir (Qeyd edək ki, İraq Suriyadakı proseslərə hər hansı hərbi müdaxilə etməyəcəyi barədə rəsmi açıqlama yayıb – red.). Əgər bütün bunlar doğrudursa, bir neçə gündən sonra Suriya adlanan dövlət əslində xəritədə mövcudluğunu dayandıracaq.

Və bütün bunlardan əsas faydalanan tərəf isə faktiki olaraq ən azı ölkənin zəngin şimalına nəzarəti ələ keçirəcək Türkiyədir. Bu barədə dünən Türkiyə Prezidenti Ərdoğan da danışıb.

Türkiyə siyasətinin bölgədə ardıcıllığı və inadkarlığı heç kimdə yoxdur. Bunu bir daha etiraf etmək lazımdır”.

Tarix
2024.12.07 / 13:28
Müəllif
Axar.az
Digər xəbərlər

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

Tokayev: Bakı və İrəvan arasında sülh...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla