Yuxarı

Əsəd devrildi: Suriya parçalanacaq, yoxsa?.. - General

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Suriyada 2011-ci ildə başlayan hadisələr nəticəsində ölkə daxilində yaranan müharibə illərdir Əsəd rejimini kiçildir. Rejim kiçilə-kiçilə ölkənin sadəcə 1/3-nə nəzarət edə biləcək hala gəldi, bölgədə bir-birindən fərqli qruplar yarandı. Bu müstəvidə cərəyan edən hadisələr isə 12 gün əvvəlki prosesin (“Təhrir əş-Şam”ın hücumu – red.) başlamasına yol açdı.

Bu sözlləri Axar.az-a Türkiyənin ölkəmizdəki keçmiş attaşesi, general Yücel Karauz Suriyadakı son vəziyyəti şərh edərkən deyib.

O bildirib ki, müxalif qüvvələr Rusiya-Ukrayna müharibəsi, İsrail-Fələstin, İsrail-İran hadisələrindən istifadə edərək, hücuma keçmək üçün uyğun zamanı dəyərləndiriblər:

“Ağır iqtisadi böhranlar, hüquqa zidd addımlar, minlərlə insana edilən zülmün nəticəsi olaraq müxalif qruplar birləşdi və rejimə istiqamətlənmiş hücuma start verdilər. Dəməşq qısa müddətdə - 12 gün sonra, 8 dekabrda səhər saatlarında müxalif qüvvələrin nəzarətinə keçdi və heç kimlə görüşmək, danışıqlar aparmaq, əməkdaşlıq etmək istəməyən Əsəd Dəməşqi tərk etdi. Nəticədə Əsəd ailəsinin hökmranlığı Suriyada dövrünü başa vurdu. Bu vəziyyətin Suriyada, bölgədə, həm də qlobal miqyasda təsirləri olacaq”.

Karauz yekunda Suriyanın ərazi bütövlüyünün qorunduğunu, parçalanmadığını diqqətə çatdırıb:

“Təxminən, 120 ölkənin nəzarəti altında yaradılan Suriya müxalifətinin müvəqqəti hökuməti var idi. Hazırda həmin müvəqqəti hökumətin iştirak etdiyi, eyni zamanda bütün dini, məzhəbsəl, etnik qrupların bərabər şəkildə qatıldığı ədalətli idarəetmə sisteminin yaradılmasına hazırlıq davam edir. Bu mənada Suriyanın baş nazirinin də açıqlamalarını nəzərə almalıyıq. O, Suriyanı tərk etməyəcəyini, yeni Suriyanın yaranmasına töhfə vermək istədiyini bildirdi. Onun kimi hazırda Əsəd bürokratiyasında vəzifədə olub, hüquqsuzluğa, haqsızlığa, ədalətsizliyə qarışmamış olanların yeni hökumətə töhfələri ola bilər. Bir sözlə, 8 dekabr 2024-ci il tarixindən yeni bir Suriya var”.

Karauz Türkiyənin mövqeyinin də hazırkı vəziyyətdən yana olduğunu bildirərək, bundan sonrakı addımlarda diqqətli olmaq gərəkdiyini diqqətə çatdırıb:

“Suriyanın ərazi bütövlüyünün, birlik, bərabərliyinin maksimum dərəcədə qorunduğu, ədalətli bir sistem olması lazımdır. Bu müstəvidə iqtisadi, enerji qaynaqları məsələsində ədalətli bir həll ortaya qoyulmalıdır. Yoxsa Suriya növbəti bir daxili müharibəyə şahid olar. Bu da illərlə davam edəcək mübarizə anlamına gəlir. Əslində, son hadisələr Suriya müxaliflərinin 12 günə qələbə çalması kimi görünsə də, geniş baxdıqda bu, Astana danışıqları da daxil olmaqla, 10 illik bir mübarizənin, diplomatik danışıqların nəticəsidir. İndi isə qonşu ölkələrin Suriyadakı gedişata baxış açısı çox önəmlidir. Yeni köç dalğalarının olmaması, qaçqınların ölkələrinə dönməsi, Suriyanın iqtisadi cəhətdən özünü bərpa etməsi, buna başda ABŞ olmaqla, böyük dövlətlərin töhfə verməsi önəmlidir. 2024-ün sonuna doğru meydana gələn bu gedişatın təsirlərini 2025-ci ildə də müzakirə edəcəyik”.

Tarix
2024.12.09 / 08:00
Müəllif
Aytac Araz
Digər xəbərlər

ABŞ-ın qardaş ölkəyə ədalətsiz sanksiyası…

Əliyevin tələbinə Paşinyanın hiyləgər cavabı...

Səfirimiz İranın vitse-prezidenti ilə görüşdü

Kiyev niyə türk respublikasına zərbə endirdi?

İlham Əliyev Almaniya prezidentinə başsağlığı verdi

Azərbaycan D-8-də: ölkəmiz üçün yeni imkanlar açılır

Əliyev Rusiyanı başa saldı ki, bu, qəbuledilməzdir! - Markedonov

Hindistandan Bakıya silah satmaq üçün gülünc “şərt”

Bakı və İrəvan üçün tarixi fürsət yaranıb - Fidan

Zaur Hüseynov niyə işdən çıxarıldı? - Səbəb

KULT
<>
Xəbər xətti
  
  
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla