Yuxarı

Rəsmi Bakıdan Fransa səfirinə sərt cavab

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rəsmi Bakıdan Fransa səfirinə sərt cavab

Hökumətin uğursuzluğunu ört-basdır etmək uğursuz dövlətin göstəricilərindəndir.

Axar.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Fransanın Azərbaycandakı səfiri Ann Buayona cavabında deyib.

O qeyd edib ki, Fransanın xarici siyasətinin uğurlarının viza müraciətlərinin sayı ilə ölçülməsi görünür ki, yeni üsuldur:

"Amma bir daha bu strategiyanın doğru faktları əks etdirməməsi yanlış təhlildən və səhv xarici siyasətdən xəbər verir. Xanım səfirə yaxşı məlumdur ki, Fransanın Bakıdakı səfirliyi yalnız Fransaya səfər üçün viza vermir".

A.Hacızadə vurğulayıb ki, real göstəricisi isə əslində budur:

"Fransanın ölkəmizə qarşı qərəzli siyasətinə və bu ilin sentyabr ayından etibarən verilən səyahət xəbərdarlığına baxmayaraq, ölkəmizə səyahət üçün ötən ilin eyni dövrü ilə müqayisədə Fransa vətəndaşlarının müraciətləri daha da artıb (2023-cü ilin sentyabrı 536, oktyabrı 467, 2024-cü ilin sentyabrı 562 nəfər, oktyabrda isə 605 nəfər)".

Tarix
2024.12.19 / 13:31
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla