Yuxarı

Dollar kreditini ödəyə bilməyənlərə dəstək – Təklif

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Dollar kreditini ödəyə bilməyənlərə dəstək – Təklif

Maliyyə Bazarlarına Nəzarət Palatasının "Bank Standard" KB-yə dəstəyi vacib addımdır. Eyni dəstəyi dollar ilə kredit götürüb ödəniş edə bilməyənlərə də göstərmək lazımdır.

Axar.az xəbər verir ki, bu haqda iqtisadçı alim Vüqar Bayramov açıqlama verib. Ekpsert bildirib ki, bankın depoziti qaytara bilməməsi ilə vətəndaşın krediti ödəyə bilməməsi arasında ciddi fərq yoxdur:

"Təbii ki, vətəndaşların zəhmətlə qazandıqları depozitləri bütün hallarda onların özünə tam şəkildə qaytarılmalıdır. Onsuz da banklar həmin depozitlərdən istifadə etməklə xeyili gəlir əldə ediblər. Digər tərəfdən, depozitlərin qaytarılmasındakı çətinlik heç də yalnız problemli kreditlərin həcminin artması ilə əlaqədar deyil. Yumşaq desək, bu banklar vətəndaşların qazandıqları pulların bir qismini uzun müddət yüksək faiz hesabına əllərindən alıblar. Belə olan halda ödəniş edə bilməyən banklar maliyyə dəstəyi ala bilirlərsə, vətəndaşlar niyə kompensasiya almasın ki?"

Qeyd edək ki, Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən 3 may 2016-cı il tarixindən etibarən "Bank Standard"a müvəqqəti inzibatçı təyin edilib. Belə ki, qərara əsasən, 6 ay ərzində sözügedən banka depozitlərin qaytarılmasına dəstək xarakterli 15 milyon manat vəsait ayrılacaq.

Tarix
2016.05.07 / 08:30
Müəllif
Aygün Yusibova
Digər xəbərlər

Nazir dünya iqtisadi liderlərinin qeyri-rəsmi naharında

Bu ölkədə Azərbaycana qarşı təxribatın qarşısı alındı

İran Xəzər dənizi ilə bağlı plan hazırlayır

Yılmaz səfirimizlə görüşdü, sülhü müzakirə etdi

Dövlət büdcəsinin təsnifatı yeni qaydada tətbiq olunacaq

Ermənilər Azərbaycan ərazisində qanunsuz tikintiyə hazırlaşır

40 günlük hədəf: Rusiya “darmadağın” olacaq?

Zakir Həsənov Asim Munirə başsağlığı verdi

Ukraynanın kütləvi hücumunun “2 səbəbi”...

Ukrayna da Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla