Yuxarı

Prezident niyə “yanvarın sonundan” dedi?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezident niyə “yanvarın sonundan” dedi?

Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik müraciətində bu il yanvarın sonlarından başlayaraq Azərbaycana qarşı diskriminasiya və ayrı-seçkilik, şər, böhtan siyasətinə son qoyulacağına ümid etdiyini bildirib. Dövlət başçısı “yanvarın sonlarından başlayaraq” dedikdə böyük ehtimalla yanvarın 20-də ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimini nəzərdə tutur.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O bildirib ki, İlham Əliyev Co Bayden administrasiyasından fərqli olaraq, Donald Tramp administrasiyasının Cənubi Qafqaz və Azərbaycan siyasətinin fərqli olacağı qənaətindədir:

“Bunu İlham Əliyevin Trampın prezident seçilməsi münasibətilə onunla 25 noyabrdakı telefon söhbəti də sübut edir. Birincisi, İlham Əliyev telefon söhbətində Donald Trampın fəaliyyətinin dünyada təhlükəsizliyin təmin olunmasında daha da önəmli rol oynacağını vurğulayıb. İkincisi, İlham Əliyev birinci prezidentlik dövründə Azərbaycanla ABŞ arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyərək, ikitərəfli əlaqələrin irəli aparılması üçün birgə səylərin göstəriləcəyinə ümidvarlığını bildirib. Öz növbəsində Donald Tramp ölkələr arasında əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə birgə səylərlə çalışmağın vacibliyini söyləyib.

İsti mesajlardır. Önəmli olan Trampın dövlət katibi vəzifəsinə təyin edəcəyi Marko Rubionun və onun başçılıq edəcəyi Dövlət Departamentinin Azərbaycanla tərəfdaşlıq münasibətlərini gücləndirməyə çalışmasıdır. Rubio senator kimi ermənilərin mövqeyini müdafiə edib, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan əleyhinə fikirlər səsləndirib. Dövlət katibi vəzifəsi Amerikanın dövlət maraqlarını ön planda tutmağı diktə edir. Azərbaycanla əməkdaşlıq Amerikanın milli və təhlükəsizlik maraqlarına uyğundur. Azərbaycan üçün də ABŞ-la münasibətləri inkişaf etdirmək vacibdir. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan təyyarəsinin vurulmasıyla bağlı İlham Əliyevin iki – kompensasiya və cinayətkarların müəyyənləşdirilməsi tələbini yerinə yetirməyə həvəsli deyil. Üstəgəl, bu ildən başlayaraq Rusiyada miqrantlara qarşı siyasət sərtləşəcək, bunun qonşu ölkədə çalışan bir qrup azərbaycanlıya da mənfi təsiri olacaq. Belə vəziyyətdə Azərbaycanın Türkiyə ilə strateji müttəfiqliyi gücləndirməyə və ABŞ-la münasibətlərdə yeni səhifə açmağa ehtiyacı var”.

Tarix
2025.01.01 / 12:52
Müəllif
Axar.az
Digər xəbərlər

Prezident sərəncamı: 34 ölkə vətəndaşlarına vizasız rejim...

Kərki, Barxudarlı və Yuxarı Əskipara Ermənistanın deyil...

Yeni proqramda Qarabağ ideologiyası yoxdur - Paşinyan

Azərbaycan Mərkəzi Afrika Respublikasına başsağlığı verdi

Bakıda mühüm beynəlxalq konfrans keçiriləcək

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla