Yuxarı

Azərbaycan səfirliyi Riqada 9 Mayı qeyd etdi - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Latviyadakı səfirliyi Azərbaycan, Qazaxıstan və Belarus səfirlikləri ilə birlikdə faşizm üzərində Qələbənin 71-ci ildönümünə həsr edilən təntənəli qəbul keçirib.

Axar.az xəbər verir ki, tədbirdə Latviyada yaşayan İkinci Dünya müharibəsi veteranları iştirak ediblər.

Rusiya Federasiyasının səfiri Aleksandr Vişnyakov çıxışında deyib ki, 9 May sadəcə bayram deyil, bu, keçmiş Sovet İttifaqı məkanında, habelə işğalçılardan zərər görmüş digər ölkələrdə ehtiramla yanaşılan böyük günlərdən biridir. Bu əlamətdar gün tarixdən silinməyəcək, təqvimdə əbədi qalacaq və həmişə o qorxunc hadisələri və faşist ordusunun darmadağın edilməsini xatırladacaq.

A.Vişnyakov qeyd edib ki, İkinci Dünya müharibəsi bəşəriyyət üçün qorxulu sınaq olub və Sovet İttifaqının 15 respublikası faşizm üzərində qələbəyə layiqli töhfə verib.

Qeyd edilib ki, Azərbaycan müharibə illərində neft və neft məhsullarının əsas təchizatçısı olub. Azərbaycan neftçiləri bütün ölkənin yanacağının təxminən 80 faizini istehsal ediblər və müharibənin təkcə birinci ilində 23,5 milyon ton neft hasil ediblər. Ümumilikdə 75 milyon tondan çox Bakı nefti hərbi ehtiyaclar üçün göndərilib.

Tədbirdə Azərbaycan səfirliyinin əməkdaşı Gəray Muradov iştirak edib.

Faşizm üzərində qələbənin bayram edilməsinin 71-ci ildönümü münasibətilə mayın 9-da silsilə tədbirlər keçiriləcək, o cümlədən Xilaskarlar abidəsinə, qardaşlıq qəbirlərinə əklillər qoyulacaq.

Tarix
2016.05.07 / 20:54
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla