Yuxarı

Millət vəkili İordaniya baş naziri ilə görüşdü

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Millət vəkili İordaniya baş naziri ilə görüşdü

Millət vəkili Qənirə Paşayeva İordaniyanın baş naziri Abdullah Ensurla görüşüb.

Axar.az xəbər verir ki, görüş zamanı Q.Paşayeva İordaniyanın Azərbaycan üçün dost, qardaş ölkə olduğunu və Azərbaycan xalqının da İordaniyanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı Azərbaycana hər zaman verdiyi dəstəyi yüksək dəyərləndirdiyini deyib.

Azərbaycan prezidentinin və parlamentinin hər zaman dost İordaniya ilə münasibətlərin inkişafına böyük önəm verdiyini və bütün istiqamətlərdə ikitərəfli münasibətlərimizin inkişaf etdiyini deyən millət vəkili İordaniya Senatının Xocalı soyqırımını tanıması,Ermənistanın insanlıq əleyhinə yönəlmiş bu vandalizm hərəkətlərini qətiyyətlə pisləməsi ilə bağlı qəbul etdiyi sənədi, bəyənatı Azərbaycan xalqının yüksək qiymətləndirdiyini deyib və hər zaman bu dəstəyin davamlı olaraq daha da güclənəcəyinə inandığını deyib.

Millət vəkili Azərbaycanın da bütün beynəlxalq platformalarda hər zaman İordaniyaya böyük dəstək verdiyini xüsusi vurğulayaraq baş nazir Abdullah Ensura Dağlıq Qarabağ münaqişəsi ətrafında son vəziyyət, Ermənistanın bölgədə davam edən təxribatları və Azərbaycanın bölgədə və dünyada Ermənistanın təxribatlarına qarşı mübarizəsi, əldə olunan nəticələr barədə də baş nazirə geniş məlumat verib və fikir mübadiləsi aparılıb.

Dost Azərbaycanı və onun İordaniyaya dəstəyini hər zaman yüksək qiymətləndirdiklərini deyən İordaniyanın baş naziri Abdullah Ensur münasibətlərimizin daha da inkişafı bizi məmnun edir və əməkdaşlığımızı bütün istiqamətlərdə bundan sonra da daha genişləndirilməsi istqamətində çalışmalarımızı artırmalıyıq deyib və Azərbaycan Prezidenti İlham Əliyevlə İstanbulda keçirilən beynəxalq tədbir çərçivəsində görüşdüklərini və dost Azərbaycanla bütün istiqamətlərdə münasibətlərimizin daha da inkişafının çox önəmli olduğunu deyib.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı İordaniyanın birmənalı mövqeyi olduğunu və bunun heç bir zaman dəyişməyəcəyini deyən İordaniya baş naziri Abdullah Ensour bundan sonra da hər zaman qardaş Azərbaycanın yanında olacaqlarını bildirib.

Qənirə Paşayeva İordaniya baş naziri Abdullah Ensura rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nın hazırladığı və içərisində Qarabağ həqiqətlərini, erməni yalanlarını əks etdirən sənədli filmlərin olduğu "Azərbaycan həqiqətləri" filmləri kataloqunu da hədiyyə edib. Azərbaycanın İordaniyadakı səfiri Sabir Ağabəyov iştirakı ilə keçən görüşdə Azərbaycan-İordaniya münasibətləri ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Tarix
2016.05.08 / 16:51
Müəllif
Axar.az
Digər xəbərlər

Köçəryanla bağlı faktlar: Xüsusi agent olub... - Video

1998-ci ildə ATƏT Qarabağla bağlı nə qərar vermişdi? - Video

XİN rəhbəri Əlcəzair prezidenti ilə görüşdü

Azərbaycan və Fransa arasında mühüm danışıqlar...

Zəfər Günü: İlham Əliyevə təbriklər davam edir

Buğda yüklü qatar Azərbaycandan Ermənistana getdi - Foto

İlham Əliyev Özbəkistana dəvət edildi

Yunanıstan onu Azərbaycana səfir göndərir

Babayevdən gəlir vergisi barədə açıqlama: Aşağıdır...

Ermənistanda türk dilinin tədrisi... - Andreasyan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla