Yuxarı

Yanvar ayının pensiyaları nə zaman ödəniləcək? – DSMF

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Yanvar ayının pensiyaları nə zaman ödəniləcək? – DSMF

Dövlət Sosial Müdafiə Fondu (DSMF) pensiyaların ödəniş tarixi ilə bağlı açıqlama yayıb.

Axar.az-ın sorğusuna cavab olaraq fond bildirib ki, aylıq sosial ödənişlər, o cümlədən pensiyalar, müvafiq ayın son günündə ödənilməli olduğu halda, müəyyən edilmiş qrafikə əsasən daha tez müddətlərdə bank kartlarına köçürülür:

“Əvvəlki aylarda olduğu kimi, cari və növbəti ayların pensiyaları da ay yekunlaşmadan bank kartlarına köçürüləcək. Qeyd olunanları nəzərə alaraq, hazırda müəyyən edilmiş qrafikə görə Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonunda pensiyalar hər ayın 8-15-i aralığında, respublikanın digər bölgələrində, o cümlədən güzəştli şərtlərlə pensiya ödənişləri isə 20-28-i aralığında ödənilir.

Onu da diqqətə çatdırmaq istərdik ki, sosial ödənişlərin bank kartlarına köçürüləcəyi konkret tarixlər barədə vətəndaşlara əvvəlcədən məlumat verilir.

Bildirmək istərdik ki, təcrübədə cari ayın pensiya ödənişlərinin növbəti aya keçməsinə, yəni hər hansı gecikmə halına rast gəlinməyib”.

Tarix
2025.01.09 / 13:19
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

İranla sərhədin tam nəzarətə götürülməsindən 6 il ötür

Azərbaycanda bu ərazilər xüsusi qorunacaq - Siyahı

Ərdoğanın Əliyevə zəngi və 3 mesajı - Generaldan isti şərh

İrəvanın Musayev “tamaşası”: Paşinyan nə oyun oynayır?

Ərdoğan İlham Əliyevə zəng etdi - Təcili

Atatürkə dil uzadanlar Əliyevə də dil uzadır - Video

Qazaxıstandan izahat gözləyirik - Rusiya XİN

Prezident Qırğızıstanla imzalanan bu sazişləri təsdiqlədi

Mirzoyan Ermənistana keçən çobandan danışdı

Fidanın Bakıdakı bu əl hərəkəti Türkiyəni qarışdırdı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla