Yuxarı

Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Təbrizin deputatı da Bakıya hürənlər sürüsünə qoşuldu

Azərbaycanın dövlət nümayəndələri və mediası son iki ildə İran İslam Respublikasını və ölkəmizin ali rəsmilərini 200 dəfədən çox təhqir edib. Biz sərhədləri tanıdığımız üçün indiyə qədər böyüklük edərək hörməti saxlamışıq.

Axar.az xəbər verir ki, bunu İran parlamentinin Təbrizdən olan üzvü Ruhullah Mütəfəkkir Azad X hesabında yazıb.

O, Amulinin əməlindən deyil, ona reaksiyadan “qeyzlənib”:

“Əgər cənab Əliyev adi bir şəxsin səhvinə görə hörməti saxlamasa, qətiyyətlə layiqli cavab verəcəyik!”

Millət vəkilinin paylaşımına təbrizli sosial media istifadəçiləri kəskin reaksiya veriblər.

Qeyd edək ki, Təbrizin üzqarası millət vəkili Azərbaycan dövlət nümayəndələrinin Tehran rəsmilərini təhqir etməsi ilə bağlı bir nümunə belə göstərə bilməz. O ki qaldı mediaya, İran mediası, o cümlədən SEPAH-a yaxın kanallar, “politoloqlar” hər zaman Azərbaycana qarşı ağır ifadələr işlədiblər və bunlara da mətbuat müstəvisində cavab verilib.

Ərdəbilin cümə imamı və Xameneinin yerli nümayəndəsi Həsən Amulinin təşkil etdiyi və dövlət televiziyası vasitəsilə yayılan rəsmi kanalda Azərbaycan və Türkiyə liderlərinin təhqir edilməsinin isə “adi şəxsin səhvi” ilə heç bir aidiyyəti yoxdur. Çünki Amuli adi şəxs deyil, Xameneinin rəsmi nümayəndəsidir, tədbir də dövlət kanalı vasitəsilə yayılıb və təhqir canlı yayımda səsləndirilib – İran dövlət kanalı o təhqiri kəsməyi belə lazım bilməyib.

Bu baxımdan Təbrizin millət vəkili adını ələ keçirən fars nökəri “deputat”ın Amuli və Amulinin məddahının tərbiyəsizliyinə görə üzr istəmək əvəzinə Azərbaycana qarşı hürüşən sürüyə qoşulması bu siyasətin arxasında “kötüklərin” dayanmasından xəbər verir.

Görünür, İrana gələn sel artıq çör-çöpləri yox, kötükləri axıdır.

Tarix
2025.01.10 / 12:59
Müəllif
Suzanna İsmayılova
Digər xəbərlər

Xüsusi nümayəndə Zəngəzur dəhlizindən danışdı

İlham Əliyev bu universitetin rektoruna məktub göndərdi

Quru sərhədlərlə bağlı mühüm xəbər: Gözlənilən tarix...

Bu gün WUF13-ün bağlanış mərasimi keçiriləcək

Əli Əsədov Türkmənistan prezidenti ilə görüşdü

12 il öncə 9 yaşlı qızı xilas edən gənc qəfil vəfat etdi

Azərbaycan və BMT arasında mühüm müzakirə...

Bakıda Azərbaycan-AB Təhlükəsizlik dialoqu keçirildi

ABŞ və İran razılaşdı - Təcili

Prezident Əminə Məhəmmədi qəbul etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla