Yuxarı

Elçibəyin Heydər Əliyev barədə səmimi sözləri

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanda daxili savaşın qarşısının alınmasında Heydər Əliyevin xidməti var.

Axar.az ümummilli lider Heydər Əliyevin 93 illiyində xatırladır ki, bu sözləri Azərbaycanın eks-prezidenti Əbülfəz Elçibəy Kələkidən Bakıya qayıtdıqdan sonra, 30 oktyabr 1997-ci ildə "Azadlıq" qəzetinin akt zalında keçirilən mətbuat konfransında dilə gətirmişdi.

Strateq.az-ın yenidən gündəmə gətirdiyi sözügedən konfransda Ə.Elçibəy siyasi opponenti olmasına baxmayaraq, Heydər Əliyevin ölkədə baş verə biləcək vətəndaş müharibəsinin qarşısının alınmasında xidmətini vurğulayır.

Azərbaycanın ikinci prezidenti özünün bacarmadığını Heydər Əliyevin etdiyini səmimi şəkildə deyir:

"Dəfələrlə demişəm ki, Sürət Hüseynov, Rəhim Qazıyev və Ələkrəm Hümbətov Rusiya Baş Kəşfiyyat İdarəsi tərəfindən ələ alınmış adamlar olublar. Biz onları xalqdan təcrid edib saxlaya bilmədik. Heydər Əliyev isə bunu edə bildi. Bu, Heydər Əliyevin müsbət və üstün cəhətidir. Çox adam deyir ki, niyə onları vurmurdunuz? Vurub öldürmək nədir? Terrorçu dövlət deyilsən ki! Həbs eləmək lazım idi. Biz onları həbs edə bilmədik".

Qeyd edək ki, Azərbaycan müharibə şəraitində olduğu halda ölkədə qiyam qaldıran, separatizmi yayan, ölkənin milli maraqlarına xəyanət edən, arxalarında silahlı qüvvə, xarici xüsusi xidmət orqanlarının dayandığı bu şəxsləri Heydər Əliyev bir güllə belə atmadan, heç bir hərbi qarşıdurmaya getmədən qısa müddətdə zərərsizləşdirmişdi.

Tarix
2016.05.10 / 12:47
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Ermənistan ordusu iyuna qədər... – Araik hansı sirləri açıb?

Beş prinsipin təşəbbüskarı Azərbaycandır - Əliyev

Blinken İlham Əliyevə zəng etdi

Ərdoğanın ABŞ-a səfəri bu əməliyyata görə ləğv edilib?

ABŞ və AB-nin regiona münasibətindən narahatıq - Dönməz

Ordumuz təhvil verilən kəndlərə daxil oldu? – Təcili

Ukraynanın bu şəhəri Laçınla qardaşlaşacaq

Ukrayna səfiri Azərbaycana təşəkkür etdi

Ermənistan Türkiyəyə təklif hazırlayır

Makron Qafqazda məğlub oldu: Berlin önə çıxır

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla