Yuxarı

AZAL təyyarəsinin qəzasından sui-istifadə... - Mixaylov

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL təyyarəsinin qəzasından sui-istifadə... - Mixaylov

İndi belə bir saxtakarlığın ortaya atılmasından sonra Rusiya ilə Azərbaycan arasında müttəfiqlik məsələsinin müəyyən qüvvələri çox qıcıqlandırdığı aydınlaşır. Bu qüvvələr xüsusilə Rusiyanın özündə, eləcə də Azərbaycanda mövcuddur. Düşünürəm ki, belə saxtakarlıqlara ancaq real düşmənlər, Azərbaycanın və Rusiyanın açıq düşmənləri qadirdir.

Bunu Axar.az-a rusiyalı politoloq Yevgeni Mixaylov Rusiya xarici işlər naziri Sergey Lavrovun azərbaycanlı həmkarı Ceyhun Bayramova ünvanlandığı iddia edilən saxta məktubu şərh edərkən deyib.

“Güman edirəm ki, burada Qərbin xüsusi xidmət orqanları işləyir və bu məlumatlar Ukrayna vasitəsilə yayılıb. Bu “sızmanın” Ermənistan tərəfindən də ola biləcəyi tamamilə mümkündür. Burada istədiyiniz qədər təxmin edə bilərsiniz. Göz qabağındadır ki, saxtakarlıqla mübarizə hazırda yüksək səviyyədədir. Prinsipcə, heç kim bunun saxta olduğuna şübhə etmirdi. Ölkələrimiz arasında münasibətlərdə heç bir problem yoxdur. Bizi bir-birimizə qarşı qoymağa çalışmaları isə göz qabağındadır. Bunun üçün isə AZAL-ın təyyarə qəzasından istifadə edirlər. Çünki yapışacaq başqa bir şeyləri yoxdur. Çünki bu, gərginliyi qızışdırmaq üçün istifadə edilə bilən yeganə vasitədir”, - o bildirib.

Tarix
2025.01.14 / 14:50
Müəllif
Ruslan, Zeynəb
Digər xəbərlər

İlham Əliyev dəyirmi masada iştirak etdi

İlham Əliyev Endi Börnhemlə görüşdü

Azərbaycanda bu institutun adı dəyişdirildi - Video

Əliyev Nauseda ilə regional sülhü müzakirə etdi

Leyla Əliyeva mühüm müzakirələrdə iştirak etdi

İlham Əliyev Antonio Koşta ilə görüşdü

İlham Əliyev rumıniyalı həmkarı ilə görüşdü

Avropa Birliyinin sammitinin Bakıda keçirilməsi... - Davkova

General qızı azadlıqda... - Video

Bakı və London münasibətləri strateji səviyyəyə yüksəldi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla