Yuxarı

Orxanın atası son sözünü dedi: Qatil edam olunacaq!

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranın Ali Məhkəməsinin Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünə hadisə zamanı həyatını itirmiş Orxan Əsgərovun atası Rizvan Əsgərov münasibət bildirib.

Axar.az xəbər verir ki, R.Əsgərov Teleqraf.com-a açıqlamasında hadisənin ikinci ilinin yaxınlaşmasına baxmayaraq, qərarın təsdiq olunmadığını deyib:

"İlk aylarda dedilər ki, anlaqsız olub. Sonra sübut edildi ki, anlaqlı imiş. Hökumətimiz, dövlətimiz sağ olsun, sona qədər getdi və ölüm hökmü qüvvədə saxlanıldı. Bizim ailə olaraq əvvəldən də tələbimiz bu idi. Edam olunsun!"

Rizvan Əsgərov İran İslam Respublikasının qanunlarına görə, edam cəzasının yalnız zərərçəkənin ailəsinin istəyi ilə icra olunmasına da toxunub:

"Onların qanunlarında belədir ki, qətlə yetirilən şəxsin atası və ya qardaşı (hüquqi varis - red.) qatili bağışlaya bilər. Hadisədən sonra İranın nümayəndə heyəti gəldi və Baş Prokurorluqda görüş keçirildi. Orada bizə kompensasiya və ya ölüm hökmünü qüvvədə saxlamağı təklif etdilər. Amma biz açıq şəkildə bildirdik ki, edam edilsin. İnanıram ki, hökm yaxın günlərdə icra ediləcək".

Qeyd edək ki, 2023-cü il yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 08:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin mühafizə xidmətinin iki əməkdaşı - Vasif Tağıyev və Mahir İmanov hücumun qarşısını alarkən yaralanıblar.

Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilib. 2023-cü il fevralın 3-də Azərbaycan Prezidentinin sərəncamı ilə Əsgərov Orxan Rizvan oğlu (ölümündən sonra) "Vətən uğrunda" medalı ilə təltif edilib. Tağıyev Vasif Natiq oğlu 1-ci dərəcəli “Rəşadət” ordeni ilə, İmanov Mahir Kamil oğlu “Vətən uğrunda” medalı ilə təltif edilib.

Xatırladaq ki, İranın Ali Məhkəməsi Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu etmiş Yasin Hüseynzadə barəsində çıxarılan edam hökmünü bu gün təsdiqləyib.

Tarix
2025.01.22 / 16:59
Müəllif
Axar.az
Digər xəbərlər

Bakı ilə sərhədlərin delimitasiyası üzrə danışıqlar...

İlham Əliyev Davosda Plenkoviçlə görüşdü

Baş nazir Türkiyə səfirini qəbul etdi

Prokurorluqdan Sənan Mehdiyevin həbsi ilə bağlı məlumat

Türkiyədəki səfirliyimizdə bayraqlar endirildi

Bayramov Hakan Fidana zəng etdi

Britaniyadan Bakıya: Buna hazırıq!

Əliyev Davosda AYİB prezidenti ilə görüşdü, saziş imzalandı

Rusiya Rövşən Əsgərovu terrorçu elan etdi

Tramp İran hərbi bazalarını vuracaqmı? - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla