Yuxarı

İmişli olayı: güdükdə duranlar kimdir? - Deputat açıqladı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

2024-cü il yanvarın 18-də İmişli rayonunda baş verən yol nəqliyyat hadisəsi qəzadır, qəsd deyil.

Axar.az xəbər verir ki, bu sözləri İnsan hüquqları komitəsinin sədri Zahid Oruc yaz sessiyasına hazırlıq çərçivəsində keçirilən komitə iclasında deyib.

O bildirib ki, hadisə ilə bağlı toplanan insanların dövlətçilik əleyhinə məcraya yönəldilməsinə cəhd edilib:

“Əməliyyat məlumatlarına söykənərək, daxildə təxribat və qarşıdırma yaradanlar nəzərə alınaraq, Daxili Qoşunların bir neçə hərbi texnikası əraziyə daxil olub, lakin hər hansı müdaxilə hərəkətlərinə zərurət yaranmayıb. Yanvarın 21-də qəza nəticəsində zərərçəkənlər Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyi tərəfindən qəbul edilib. Qəbulda ailə üzvləri hadisənin təfərrüatı, maddi sübutlar, istintaqın gedişi ilə bağlı məlumatlandırılıb. Zərərçəkənlərin sualları cavablandırılıb.

Hadisənin dərhal “vətəndaş jurnalistikası” adlandırılan, əksər hallarda legitim media fəaliyyətindən uzaq, təhsil və sosial statusları aşağı qruplar tərəfindən yayılan xəbər kütləsinin yaratdığı dalğanın anındaca xarici blogerlərə ötürülüməsi, sinxron olaraq, daxildəki “5-ci kolon”un təşəbbüsü ələ keçirməsi, ardınca müxtəlif multimedia əməliyyatları, “dip-feyk” (deep fake) və qara təbliğat texnologiyası ilə siyasiləşdirilərək dövlət/ali rəhbərlik əleyhinə yönlədirilməsi, ictimai-siyasi sabitliyin pozulmasına cəhd, polis orqanlarına virtual itaətsizlik və şiddətin tətiklənməsi, güc strukturlarının ictimai nüfuzuna zərbə və demonizasiyası səyləri - qəti şəkildə pislənməlidir.

Hadisə ilə bağlı toplanan insanların qısa müddətdə polis maşını və azyaşlı məktəblilərin cəsədləri fonunda lidersiz, hiddət və qəzəblə hərəkət edən qüvvələrin dövlətçilik əleyhinə məcraya yönəldilməsinə cəhd edilib. Affekt vəziyyətdə aksiyaya təhrik edilən, əksəriyyəti gənclər olduğu görünən kütlənin polis idarəsinə doğru yürüşü qəzaya uğramış xidməti maşını - dövlət əmlakını yararsız hala salan nifrət və vandalizm kadrları, özəlliklə “istefa”, “Taleh Bağırzadəyə azadlıq” şüarının səsləndirilməsi, hadisə yerindəki hüquq-mühafizə orqanı əməkdaşları ilə qarşıdurmaya səy göstərilməsinə dair görüntülər qısa müddətdə ölkəmizə qarşı şəbəkələşən xarici və daxili media kanallarında tirajlanmaqla virtual hücumların intensivliyini artırıb. Hadisə ilə bağlı həmin şəbəkənin şiddətli dezinformasiya fəaliyyəti indi də davam edir.

Aksiya ilə bağlı Tiktok şəbəkəsində “İmişli Sevgi mebel” adlı profildən canlı yayım həyata keçirilib. Aksiyanın xaricdəki bloger və İranın “Səhər Azəri” kanalına canlı ötürən şəbəkələr məlumdur. Meydan TV, “Abzas Media”, Toplum TV, “Azadlıq” radiosu, “Mikroskop media”, “Azadlıq” qəzeti, Time TV, “Hamamtimes.tv”, ölkədaxili “5-ci kolon”a aid sosial şəbəkə səhifələri və s., habelə xaricdəki blogerlər: Tural Sadıqlı (Azad Söz), Qənimət Zahid (“Azərbaycan saatı”), Sevinc Osmanqızı (Osmanqızı TV), Məhəmməd Mirzəli (“Made in Azerbaijan”), Orxan Ağayev (Hüseyn TV), Teymur Eminbəyli (ABA TV), Əli Oğuz (Oğuz TV), Qurban Məmmədov (“Azərfridom”), İmaməddin Əlimanov (Xalq TV), Manaf Cəlilzadə (Diktator TV), Qabil Məmmədov (“Repressiyaya son”, “Haqsızlığa susma”), Süleyman Süleymanlı (Mübariz TV, Paz TV ), Elşad Məmmədov (Mühacir TV), Operativ TV və başqalarının, onları alət kimi istifadə edən mərkəzlərin hadisə haqda saxta məlumatlarla, daha böyük iğtişaşlara çağırışlar etmək komandası aldığı aşkar görünür.

Qəzanın baş verdiyi əraziyə yaxın olan Yalavac kəndi İmişlinin ən böyük yaşayış məntəqələrindəndir, əhalisinin sayı 3148 nəfərdir. Kəndin Həzrət Əli məscidində son illərdə keçirilən Aşura məclislərinə nəzər saldıqda onların xarici ölkələrdə keçirilən məclislərlə eyni olduğu, uşaqların belə ayrıca Aşura məclisləri-mərsiyələri təşkil etdiyi görünür. Bu mühitdə yetişən gənc “Z” nəslinin yanvarın 18-də baş verən qəza nəticəsində toplananlar arasında əksəriyyət təşkil etməsi, anidən “kritik kütləyə transformasiyası nədən belə asan olub” sualının cavabını verir.

Rayonun məscidlərində keçirilən Aşura mərasimləri ilə bağlı Yutub kanalında izlədikdə, onların 30 il boyu rayonda “Hüseynçi-şiəçiliyin” bütün kanonlarına əməl edilərək keçirilməsi diqqəti cəlb edir. Hər Aşurada simvolik “tabut” düzəldilir, qadın, uşaq hamı birlikdə həmin tabutu gəzdirərək mərasim-ayin icra edirlər”.

Z.Oruc vurğulayıb ki, mediada qəza ilə bağlı ardıcıl açıqlamaların, mulitimedia və xəbərlərin yerləşdirilməsi kütlə psixologiyasına xas qəzəb dalğasına təsir edib:

“Ən vacibi, yaranmış informasiya vakuumu şəraitində xaricdən tirajlanan saxta xəbərlərin “kononada” effekti ilə coğrafiyasının genişlənməsinə, şiddətlənməsinə və dağıdıcı qarşıdırmaya çevrilməsinə yol verilmədi. Habelə İmişli Rayon Polis Şöbəsinin rəsmiləri də yürüş edən sakinlərin qarşısına çıxdı”.

Z.Oruc deyib ki, İmişli insidentini daim gündəmdə saxlayan, onun sosial-psixoloji effektini sönməyə qoymayan, süni intellekt və dezinformasiya vasitələri ilə 20 Yanvar və digər tarixi günlərinin faciə yaddaşını onunla sinxronlaşdıran qüvvələr “enerjinin itməməsi qanunu”na əsaslanaraq, “İsmayıllı-Nardaran-Gəncə-Söyüdlü” və s. protest enerjisini toplamaq üçün fəaliyyətlərini davam etdirirlər:

“Əgər təxribatçıları nəzərə alaraq, hadisə yerinə gedən Daxili Qoşunların 2-3 texnikası ilə sovet tanklarını birləşdirən, tarixi hadisələri siyasi mənfəətləri üçün istsimar edən mənfur qüvvələr varsa, o zaman hakimiyyət institutları bütün səviyyələrdə mənəvi dəyər tanımayan dairələrlə üz-üzə olduqlarını bilməlidir. Dövlətdən qanun və ədalət tələb edənlərin bir çoxunun şəxsi profillərini araşdırdıqda xüsusilə də gənclərin müxtəlif təbliğat vasitələrinin güclü təsiri altında olduğu aydın görünür. O insanları Vətənin səngərində saxlamağa cavadehlik daşıyan hökumət qurumlarının fəaliyyətini dəyərləndirməyə ehtiyac var. Lakin xidməti maşını çevirib ondan uzaqgedən devriliş simvolu çıxaranlar unutmasın ki, dövlətimiz hələ işğal dövründə ən azı 3 dəfə silahlı çevriliş cəhdlərini, o cümlədən rəngli xarici internvensiyaları iflasa uğradıb.

Bəli, əhali ilə kommunikasiyanın gücləndirilməsi vacibdir. Ona görə də qəzaya səbəb olan və törədən şəxsin cəzalandırılması ilə yanaşı, Prezident İlham Əliyevin liderliyində Vətən müharibəsində Qələbə amilinin vətəndaşlarımızda formalaşdırdığı maksimal gözləntilərə müvafiq olaraq, dövlət başçısının aktiv beynəlxalq və daxili siyasəti fonunda bütün hakimiyyət instutularının vahid komanda kimi fəaliyyəti, koordinasiyalı işinə ehtiyac vardır. Xalqla ünsiyyətdə bütün resursların səfərbərliyi polis-vətəndaş formatını dəyişər, alternativ vasitələrin işə düşməsinə yol açar, güc amilinin sosial harmoniya vasitələri əvəzlənməsinə şərait yaradar”.

Tarix
2025.01.23 / 15:12
Müəllif
Axar.az
Digər xəbərlər

Bu, təkcə Azərbaycanla deyil, Türkiyə ilə də... - Paşinyan

Tehran-Bakı əməkdaşlığı Müvəhhedianı hiddətləndirdi

Paşinyan müharibədə qalib gəlsəydi, nələr edərdi...

İlham Əliyev Ərdoğana zəng etdi

Böyük islahatın anonsu verildi: Ana Qanun dəyişir, İH-lər ləğv edilir...

Ermənistan kəşfiyyatı: Azərbaycanın hücum ehtimalı...

Zəfər Konstitusiyasının qəbul olunması mümkündür

Ekstrasensdən qorxunc proqnoz: Sabah dəhşətli olacaq!

Sərhəddə delimitasiya prosesi başladı: Bu işlər görülür

İranla daha bir müqavilə: Astara terminalı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla