Yuxarı

Hüseynzadə Benedeyçiçlə Bakının töhfəsindən danışdı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hüseynzadə Benedeyçiçlə Bakının töhfəsindən danışdı

Azərbaycanın NATO yanında nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə sloveniyalı həmkarı Andrey Benedeyçiçlə Bakının “NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi” müzakirə olunub.

Axar.az xəbər verir ki, bu barədə azərbaycanlı diplomat sosial şəbəkədə yazıb.

“Sloveniyanın NATO-dakı daimi nümayəndəsi Zati-aliləri səfir Benedeyçiç ilə görüşməkdən və geniş mövzular üzrə fikir mübadiləsi aparmaqdan məmnun oldum”, – Hüseynzadə qeyd edib.

Onun sözlərinə görə, görüşdə Sülh naminə Tərəfdaşlıq (SnT) Proqramı çərçivəsində Azərbaycan – NATO tərəfdaşlığı, Azərbaycanın NATO müttəfiqləri və tərəfdaşlarının enerji təhlükəsizliyinə töhfəsi barədə səmərəli müzakirə aparılıb.

“Həmçinin Sloveniya və Azərbaycan arasında ikitərəfli münasibətlər və cari regional hadisələr barədə faydalı söhbət etdik”, – Azərbaycanın alyansdakı nümayəndəliyinin başçısı vurğulayıb.

Tarix
2025.01.27 / 23:56
Müəllif
Axar.az
Digər xəbərlər

Ceyhun Bayramov Çinin XİN rəhbəri ilə görüşdü

Sərdar Berdiməhəmmədov Azərbaycana gəldi

İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsindən 23 il ötür

İlham Əliyev qonaqların şərəfinə ziyafət verdi

İlham Əliyev Tacikistan prezidenti ilə görüşdü

İlham Əliyev Şövkət Mirziyayevlə görüşdü

Azərbaycanda mina qurbanlarının sayı açıqlandı

Baxçalı Azərbaycanla bağlı bu mesajı verdi

Rusiya hücumu: azərbaycanlı ailənin mənzili dağıldı - Foto

İlham Əliyev İsrail prezidenti ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla