Yuxarı

Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ermənistana göndəriləcək ABŞ hərbçiləri “harda qaldı”?

ABŞ Ermənistana heç bir qüvvə göndərmək niyyətində deyil. Hazırda mütəxəssislərin göndərilməsi və texniki dəstək təmin edilməsi istiqamətində işlər aparılır. Bu mütəxəssislərin əsas məqsədi Ermənistanın İran və Türkiyə ilə sərhədlərinin mühafizəsində lazımi tədbirlər görməsinə kömək etməkdir. Hazırda bu sərhədlərin bir hissəsi rus sərhədçilər tərəfindən qorunur. Lakin Ermənistan gələcəkdə bu məsuliyyəti öz üzərinə götürməyi planlaşdırır.

Bu sözləri Axar.az-a millət vəkili, politoloq Rasim Musabəyov 14 yanvarda keçmiş dövlət katibi Entoni Blinkenin ABŞ sərhədçilərinin yaxın bir həftə müddətində Ermənistana göndəriləcəyini vəd etsə də, sözügedən “heyət”in İrəvana hələ də gəlmədiyi barədə danışarkən deyib.

Millət vəkilinin sözlərinə görə, ABŞ Ermənistan hökumətinə sərhədi qorumaq üçün mütəxəssis hazırlığında yardım edəcək:

“Ermənistan sərhədlərini müstəqil şəkildə qorumaq istəyir və bu çərçivədə ABŞ tərəfindən texniki yardım və təlimlər təklif olunur. Amma bu, ABŞ-ın Ermənistana hərbi qüvvə göndərməsi demək deyil.

ABŞ vaxtilə Azərbaycanın İranla olan sərhədlərinin mühafizəsini gücləndirmək üçün də texniki dəstək göstərmişdi. Bu dəstəyə radar sistemləri, xüsusi təyinatlı qayıqlar, sualtı təhlükəsizlik üzrə mütəxəssislərin hazırlanması və digər vasitələr daxil idi. Eyni yanaşma Ermənistana da tətbiq edilir və bu prosesə emosiyalardan uzaq, soyuqqanlı yanaşmaq lazımdır”.

Politoloq Elxan Şahinoğlu isə bildirib ki, bu razılaşma sadə səbəbə, ABŞ-da hakimiyyət dəyişikliyi baş verdiyinə görə yerinə yetirilmir.

Onun sözlərinə görə, bu razılaşmanın reallaşmayacağına dair ilkin fikirlər özünü doğruldur:

“Ermənistan hökuməti bu razılaşmanı keçmiş adminstrasiya ilə əldə etmişdi. Yəni yanvarın 14-də Mirzoyan və Blinken arasında sənəd imzalandı, lakin bir həftə keçmədən hakimiyyət dəyişdi. Tramp Baydenin imzaladığı bir çox razılaşmalardan imtina edib. Ermənistanla bağlı razılaşmanın yerinə yetirlib-yetirilməyəcəyi hələ sual altındadır”.

Tarix
2025.01.29 / 09:00
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

AXCP və Müsavat siyasi səhnədən niyə getməlidir?

Bu şəhərdə qan su yerinə axır: Rusiya 120 min əsgər itirdi

İlham Əliyevin bu açıqlamasına İrəvandan reaksiya

Ermənistan nümayəndələri Azərbaycana səfər edəcək

Əliyevin bu çıxışı Ermənistanda rezonans doğurdu

Azərbaycan XİN Panamanı təbrik etdi

Ceyhun Bayramov Əlcəzairə getdi

Yaşar Gülər və Hakan Fidan Azərbaycana gəlir

Prezident Göyçə gölündən danışdı: Xəritəyə baxın!

Xəzər yox, “Mazandaran dənizi” var - Məhəmmədi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla