Yuxarı

AZAL bütün prosedurlara riayət edib - Hesabat

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
AZAL bütün prosedurlara riayət edib - Hesabat

Komandir və ekipaj üzvləri tərəfindən uçuşa hazırlıq işləri həyata keçirilib.

Axar.az xəbər verir ki, bu barədə “Azərbaycan Hava Yolları”na məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin Aktau hava limanı yaxınlığında qəzaya uğraması ilə bağlı Qazaxıstan Nəqliyyat Nazirliyinin ilkin hesabatında qeyd olunub.

Bildirilir ki, hava gəmisinin komandir, ikinci pilot, baş bort bələdçisi və iki bort bələdçisindən ibarət ekipaj üzvləri uçuşdan qabaq Bakı şəhərində Heydər Əliyev Beynəlxalq Aeroportunun tibb məntəqəsində yoxlanışdan keçiblər.

“Uçuşdan qabaq hava gəmisinə “SILK WAY TECHNICS” şirkətinin texniki heyəti tərəfindən 03:00-da “DEPARTURE CHECK” çərçivəsində baxış keçirilib və saat 03:20-də şəxsi heyət tərəfindən qəbul olunub”, - deyə hesabatda vurğulanıb.

Qeyd edək ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi 2024-cü il dekabrın 25-də Qroznıda Rusiya HHM sistemi vasitəsilə vurulub. Enişinə icazə verilmədiyindən Qazaxıstana üz tutan təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.

Tarix
2025.02.04 / 23:34
Müəllif
Axar.az
Digər xəbərlər

İlham Əliyev Panama prezidentini təbrik etdi

Prezident iki səfiri qəbul etdi - Foto

Əli Həsənovun qızı milyonluq təklifdən imtina etdi

Putin Azərbaycanın da imzaladığı sazişi təsdiqlədi

Kəmaləddin Heydərov onu bu mərkəzə rəis təyin etdi

Bu şəxslərə xoş xəbər - Qərar

İçərişəhərdəki bu bina ilə bağlı vacib qərar

Anar Qaraqurbanlıya yüksək vəzifə verildi

İrana nüvə zərbəsi: Rusiya ABŞ-a xəbərdarlıq edib?

Erməni rəqqas Bakıda “Stepanakert” dedi, cavabı… - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla