Yuxarı

Ukraynanın düşdüyü duruma görə günahkar Zelenskidir?

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ukraynanın düşdüyü duruma görə günahkar Zelenskidir?

Bu, Azərbaycan cəmiyyətində də ən çox müzakirə edilən, fikirlərin haçalandığı məsələdir. Zelenskinin siyasətçi, dövlət başçısı kimi səhvləri, yanlış qərarları ola bilər, amma baş verənlərə görə “əsas günahkar” elan olunması doğru deyil.

Birincisi, 2014-cü ildə Rusiya ilə başlanan münaqişə Zelenskiyə miras qalıb və yaranmış vəziyyəti dəyişdirmək çətin idi;

İkincisi, Qərb 2014-cü ildə Donbas müharibəsinin başlandığı dövrdən etibarən heç vaxt Ukraynaya tam dəstək verməyib: “Normand formatı”ndakı danışıqlarda Almaniya və Fransa daha çox Rusiya ilə anlaşmaq xəttini izləyirdi, nəinki Ukraynanın ərazi bütövlüyünün bərpasını; 2022-ci ildə Rusiyanın hücumundan sonra da Qərbdən istənilən dəstək gəlmədi, hətta Avropa ölkələri Ukraynaya “onsuz da duruş gətirə bilməyəcəksiniz” deyirdilər; Qərbin əsas məqsədi müharibənin Ukrayna sərhədlərindən kənara çıxmaması, Avropaya sıçramaması olub;

Üçüncüsü, Zelenski müharibənin başlanmamasına çalışırdı, hətta Donbas məsələsinin həlli üçün alternativ platformalar da axtarıb: bunun üçün 44 günlük müharibədən sonra Cənubi Qafqazda yaranmış təcrübədən – problemin regional müstəvidə həlli variantından da istifadə etmək istəyirdi, Türkiyə ilə yaxınlaşmaq, Ankaranın vasitəçiliyindən istifadə etmək siyasəti buna hesablanmışdı, lakin imkan verilmədi.

Çünki Ukrayna müharibəsi geosiyasi hesablaşmanın tərkib hissəsi idi və Zelenski yox, başqa biri olsaydı da, bu savaş başlayacaqdı. Müharibə başlayanda bu haqda yazmışdıq: hədəf Avropanın “güc mərkəzi” olmaq, Çinin qlobal gücə çevrilmək planlarının qarşısını alınması və ABŞ-ın lider olduğu təkqütblü sistemi qorumaqdır; Bayden və Tramp administrasiyasının fərqli yanaşmaları olsa da, hədəf eynidir və müəyyən qədər də olsa, buna nail olunub. Rusiyanın da əsas hədəfi yeni geosiyasi şərtlərdə “regional” yox, “dünya gücü” kimi qəbul edilmək idi.

Ukrayna bu geosiyasi hesablaşmada poliqon kimi istifadə edildi.

Tarix
2025.02.16 / 10:00
Müəllif
Asif Nərimanlı
Digər xəbərlər

İran “geri çəkilmədi”, amma tələbi yerinə yetirdi

İlham Əliyev və Ərdoğan görüşdü

Sülh sazişinin ratifikasiyası üzərində işləyirik - Kostanyan

Yeni regional təhlükəsizlik arxitekturası qurulur - Hacıyev

Türkiyə bizə bu formata qoşulmağı təklif etdi - Simonyan

Azərbaycanla yeni müharibə xəbərdarlığı edildi

Prezident və xanımı Antalyada mühüm tədbirdə...

Bu nazirlikdə kollegiya iclası keçirildi

Türkiyədə şagird hücumları: Psixoloqlar çağırış etdi - Təhlükə

Azərbaycanla koordinasiyalı şəkildə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla