Yuxarı

Araikin Paşinyana məktubu üzə çıxdı - Foto

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Araikin Paşinyana məktubu üzə çıxdı - Foto

Azərbaycana qarşı hərbi cinayətlərdə ittiham olunan Qarabağdakı keçmiş qondarma rejimin “liderlərindən” Araik Arutyunyanın Bakıda keçirilən məhkəmədəki ifadələri Ermənistanda rezonans doğurub. Araikin müharibəyə görə Ermənistanı və Baş nazir Nikol Paşinyanı ittiham etməsi müzakirələrə səbəb olub.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, hazırda İrəvanda olan Qarabağ ermənilərindən Tiqran Petrosyan Arutyunyanın sözlərinin ictimaiyyətdə birmənalı qarşılanmamasına baxmayaraq, doğru olduğunu deyib.

O, “keçmiş liderlə” 44 günlük müharibədən sonra Xankəndidə yaşadığı dialoqu xatırladıb:

“2020-ci ildə müharibədən sonra onu vəziyyəti düzgün dəyərləndirə bilməməkdə və döyüşləri erkən dayandırmamaqda günahlandırdım. Həmin an bir kağız parçasını çıxarıb qarşıma qoydu. Araik mənə, - “Bəlkə də müharibəni tez bitirməli olduğumu əvvəlcə başa düşməmişdim, amma sonra bunun üçün əlimdən gələni etdim. Lakin alınmadı”, - dedi. O, həmin gün Nikol Paşinyana şifahi müraciət edərək müharibənin dayandırılması üçün hər yolu sınamağa razı olduğunu deyib. Paşinyan daha sonra bunu Ermənistan parlamentinin deputatları ilə müzakirə edib. Lakin həm iqtidar, həm də müxalifət mübarizənin sona qədər aparılmalı olduğu qənaətinə gəlib. Onlar vəziyyətə nəzarət edə bilmirdilər”.

Qeyd edək ki, Petrosyanın dediyi məktubda Arutyunyanın Paşinyana 2020-ci il oktyabrın 19-u ATƏT-in Minsk qrupunun həmsdərlərinə müharibənin dayandırılması məqsədi ilə çağırış edilməsi üçün müraciət ünvanladığını xəbər verməsi yazılıb. Araik Minsk qrupu tərəfindən təklif olunan sənədlər əsasında Bakı ilə danışıqlara hazır olduğunu bildirib. O, Ermənistanın keçmiş qondarma rejimin qarantı olduğunu vurğulayıb və Paşinyanın ölkə rəhbəri kimi müharibənin sona çatdırılması üçün lazımı prosesi başlatmalı olduğunu söyləyib.

Lakin sözügedən müraciət mətninin doğru olub-olmadığı dəqiq məlum deyil.

Tarix
2025.03.05 / 09:45
Müəllif
Axar.az
Digər xəbərlər

Ermənistanla bağlı bu addımları atacağıq - Ərdoğan

Hazırkı amnistiya 7-ci və ən böyüyüdür

Arakçının Bakı səfərindən sonra İranın Zəngəzur açıqlaması...

Lavrov bu yolla Azərbaycanı da qorxutmağa çalışır

Kalugin “hazırıq” dedi – İrəvan rədd etdi

Azərbaycanlı senator axtarışa verildi

Prezidentin bu təşəbbüsü xalqımıza ərməğandır

Milli Məclis bu memorandumu ratifikasiya etdi

İlham Əliyev Bəhreynin Kralını təbrik etdi

Azərbaycanla bağlı şayiəni o şərəfsiz yayıb - Ermənistan MN

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla