Yuxarı

Bolqarıstan ictimaiyyətinə Qarabağ həqiqətləri çatdırıldı

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Slavyan Universitetinin (BSU) Bolqarıstanın Müqəddəs Kliment Oxridski adına Sofiya Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin təşkilatçılığı ilə "Qarabağ probleminin bolqar cəmiyyətində işıqlandırılması" mövzusunda tədbir keçirilib.

Axar.az BSU-nun mətbuat xidmətinə istinadən xəbər verir ki, mərkəzin direktoru Sofiya Şıqayeva-Mitreska tədbirin əsas məqsədinin Azərbaycan həqiqətlərini Bolqarıstan cəmiyyətinə çatdırmaq olduğunu deyib. Qeyd edilib ki, bu yığıncaq da Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin həmin problemin obyektiv işıqlandırılması istiqamətində keçirdiyi silsilə tədbirlərin tərkib hissəsidir.

Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım İctimai Birliyinin sədri Mariya Hüseynova-Atanasova iştirakçılara Qarabağın tarixi, onun Ermənistan tərəfindən işğalı, qaçqın və köçkün həmvətənlərimiz haqqında ətraflı məlumat verib.

Görüş çərçivəsində BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda Prezident İlham Əliyevin çıxışından Dağlıq Qarabağla bağlı hissə, "Ermənistan terrorizmi" və "Xocalı soyqırımı" sənədli filmlərindən parçalar nümayiş olunub, cəbhədəki son hadisələrlə bağlı məlumat verilib.

Tədbirdə Azərbaycanın Bolqarıstandakı səfirliyinin nümayəndəsi Mahir Cəfərov iştirak edib.

Sonda Sofiya Universitetinin müəllim və tələbələrinin mövzu ilə bağlı sualları cavablandırılıb.

Tarix
2016.05.25 / 01:21
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla