Yuxarı

İmamoğlu saxlanıldı: Türkiyədə nə baş verir? – Türk ekspert

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Əkrəm İmamoğlu Ərdoğanın keçmiş siyasi yolunu təkrarlamağa çalışır: bələdiyyə sədrliyi, həbs, baş nazirlik və prezidentlik. Lakin hökumət bunu görərək, onun siyasi karyerasının qarşısını almaq üçün keçmiş fəaliyyətlərini incələyib məhkəmə və hüquqi proseslərə start verib. İmamoğlu önəmli bir siyasi fiqur olsa da, prezident seçkilərinin nəticəsini dəyişdirmək potensialından uzaqlaşır. Çünki onun siyasi dayaqları zəifləməkdədir.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli politoloq Həsən Oqtay İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlunun korrupsiyaya qarşı əməliyyatda saxlanılmasını şərh edərkən deyib.

“Uzun illər Prezident Rəcəb Tayyib Ərdoğanın diplomunun saxta olub-olmadığını müzakirə edən müxalifət indi oxşar arqumentlə iqtidarın hədəfinə çevrilib. Bu məsələ beynəlxalq hüquq normalarına tamamilə ziddir. Çünki bir hadisənin üzərindən 20 il keçdikdən sonra onun əsasında yeni bir proses açılması mümkün deyil. İstanbul Universitetinin bu məsələdəki mövqeyi isə (İstanbul Universiteti İmamoğlunun diplomunu ləğv edib – red.) ölkənin ən qədim ali təhsil müəssisəsinə yaraşmayan bir addımdır və məhkəmə yolu ilə geri çevrilə bilər”, – politoloq qeyd edib.

Politoloq hesab edir ki, prezidentliyə iddia edən İmamoğlunun seçilmə şansı kifayət qədər aşağı idi:

“Prezident seçilmək üçün xalqın 50+1 faiz səsini almaq lazımdır. CHP-nin isə təkbaşına ala biləcəyi maksimum səs 25% civarındadır. Bu baxımdan, Kılıçdaroğlunun altı partiyadan ibarət ittifaq qurmasına baxmayaraq, cüzi fərqlə məğlub olması müxalifət üçün ciddi dərs olmalıdır”.

Onun sözlərinə görə, İmamoğlu siyasi kampaniyasını erkən başladaraq (İmamoğlu CHP-nin namizədi olmaq üçün ilkin seçimlərlə bağlı ərizə təqdim etmişdi – red.) həm CHP-nin mövqeyini zəiflədib, həm də iqtidarın diqqətini üzərinə çəkib:

“Bu müddətdə yeni namizədlər ortaya çıxa, Cümhur İttifaqında isə parçalanmalar baş verə bilər. Xüsusilə Öcalanın əfv məsələsi hakimiyyətdaxili türk millətçilərin mövqeyini dəyişə bilər. Hazırda İmamoğlu ətrafında siyasi müzakirələr genişlənir, lakin üçüncü bir namizəd seçkilərin taleyini dəyişə bilər”.

H.Oqtay qeyd edib ki, əgər hökumət müxalifət üzərində hüquqi təzyiqləri artırarsa, bu, həm ölkə daxilində, həm də beynəlxalq arenada ciddi siyasi və iqtisadi problemlərə səbəb ola bilər:

“Demokratiyanın əsas prinsipi ondan ibarətdir ki, iqtidarlar seçki ilə gəlir və seçki ilə gedir. Əgər bir iqtidar öz hakimiyyətini qorumaq üçün qeyri-demokratik üsullara əl atarsa, bu, həm ölkə daxilində siyasi sabitliyi pozar, həm də beynəlxalq aləmdə Türkiyənin nüfuzuna ciddi zərər vurar”.

Qeyd edək ki, İmamoğlu “cinayət təşkilatı yaratmaq”, “PKK ilə birgə hərəkət etmək” və “korrupsiya” cinayətləri ilə ittiham olunaraq saxlanılıb.

Tarix
2025.03.19 / 13:33
Müəllif
Maral Şahverdili
Digər xəbərlər

Bayramov Bəhreyn XİN başçısı ilə danışdı

Paşinyan: Sülh sazişini imzalamağa hazıram

Bayramov Lemmi ilə danışdı: Sülh prosesi...

Kim sübut edə bilər ki, atəş Nikolun əmri ilə açılmır?

Çərşənbə şənliyi: kürdlər şəhərimizə iddia etdi

Nikolun qapalı iclası: İlham Əliyev kəndləri tələb edir

Paşinyan Azərbaycana atəş açan hərbçiləri cəzalandırmasa...

Ordumuzun mövqeləri atəşə tutuldu

Tacikistan sülh sazişi üzrə danışıqların yekunlaşmasını alqışladı

Cənubi Qafqaz üçün tərəqqinin vaxtıdır - Sofiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla