Yuxarı

13 yaşlı qıza müəllimi, 11 yaşlı qıza əmisi təcavüz edir… - Psixoloq

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir neçə gündür azyaşlıların pedofillərin hədəfinə çevrilməsi xəbərlərinin artdığını görürük: 13 yaşında ana olan və buna görə də ailəsinin imtina etdiyi qızcığaz, məşqçi kimi fəaliyyət göstərən müəllimin təcavüzünə uğrayan 13 yaşlı tələbəsi və ya doğma əmisi tərəfindən zorakılığa məruz qalan 11 yaşlı qızcığaz cəmiyyətdə narahatlığı artırıb.

Məsələ ilə bağlı Axar.az-a danışan psixoloq Vəfa Əkbər bildirib ki, azyaşlılara pedofil yanaşma son zamanların problemi deyil.

“Təəssüf ki, bu kimi problemlər cəmiyyətimizdə hər zaman olub, hələ bundan da dəhşətliləri var. Ən böyük qorxu doğmaları, yaxınları tərəfindən qınanılmaq olub. “Birdən qızımı almazlar, onun adına söz çıxar, eybi yox, qızım sussun, otursun, əziyyət çəksin”, - deyərək bu kimi hadisələrin üstünü ört-bas ediblər. Keçmişləri uşaqlara etdikləri çirkin hərəkətlərlə ləkəli olan həmin o pedofillər bu gün cəmiyyətimizdə ağsaqqal, müdrik rolunu oynayırlar. Çirkli keçmişi isə həmin dövrün uşağı bilir. Çünki o vaxt ana ilə övlad arasındakı bağ güclü deyildi, müəyyən pərdə gözlənilirdi. Ona görə də uşaqlar valideynindən qorxur, heç nə demir, valideyni güvən yeri olaraq görmürdülər. Bilirdilər ki, bu hadisə təcavüz edəni günahkar çıxarmayacaq, bütün yük “qız” adı altında doğulduğu üçün onun çiyinlərinə yüklənəcək. Bu gün isə insanlar artıq təcavüzçünü, hər hansı əxlaqsız hərəkətlər edəni işıqlandırmaqdan çəkinmirlər, gündəmə gətirməyə cəsarət tapıblar. Ona görə də sosial şəbəkələrdə, mətbuatda bu kimi xəbərlərlə tez-tez qarşılaşırıq”, - o bildirib.

Psixoloq qeyd edib ki, problemin kökündə uşaqla valideyn arasında müəyyən pərdənin gözlənilməsi dayanır:

“Uşaq hər mövzuda valideyni ilə danışa, fikrini bölüşə bilməlidir. Əfsuslar olsun ki, hadisə baş verdikdən, uşaq qurbana çevriləndən sonra məsələ gündəmə gəlir”.

Tarix
2025.03.29 / 00:35
Müəllif
Aytac Araz
Digər xəbərlər

Mən həmin vaxt əsayla gəzirdim… - İşxanyan

Koordinasiya Şurasının iclası keçirildi

Nikol Moskvaya gedir: Əliyevlə pərdəarxası görüş olacaq?

Bu nazirliyin yubiley medalı təsis olunur - Təsdiqləndi

Milli Məclisin iclası başladı

Qazaxın azad olunan 4 kəndi ilə bağlı bu işlərə başlanıldı

Qarabağ erməniləri indi də Ermənistana müharibə elan etdi

Elçin Əmirbəyov Meksika Senatında - Foto

Bakı-Tiflis sərnişin qatarının fəaliyyəti bərpa ediləcək

Azərbaycan və Qazaxıstan hərbi təlim keçirəcək

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla