Yuxarı

Deputat türkləri Almaniyaya etiraza səslədi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qənirə Paşayeva Almaniya parlamentinin qondarma erməni soyqırımını müzakirəyə çıxarmasına qarşı çağırış edib.

Axar.az xəbər verir ki, millət vəkili Bakıda səfərdə olan Türkiyənin Böyük Birlik Partiyasının başqanı Mustafa Dəsticinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Dağlıq Qarabağ problemi, Xocalı soyqırımı, qondarma erməni soyqırımı iddiaları ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Millət vəkili qeyd edib ki, Almaniya Bundestaqında qondarma erməni soyqırımı ilə bağlı sənədin iyunun 2-də səsverməyə qoyulması dünyanın hər yerində yaşayan türk kökənli insanları narahat etməlidir və bunun qarşısını almaq üçün diaspor ilə bərabər, türk dövlətləri də özünün ciddi etirazını Berlinə çatdırmalıdır.

Bu müzakirə və səsvermələrin Almaniyanın ATƏT-in Minsk Qrupundakı missiyasına böyük zərbə olduğunu vurğulayan deputat bildirib ki, belə bir sənədin qəbulu Almaniyanın Dağlıq Qarabağ probleminin həllində obyektiv mövqe tutacağını tam şübhə altına alacaq.

Tarix
2016.05.31 / 11:14
Müəllif
Aygün Yusibova
Şərhlər
Digər xəbərlər

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

Sərhədimiz indiki yer deyilsə, haradır? – Sanosyan əsəbiləşdi

Bu şəxslərə birdəfəlik yardım veriləcək - Sərəncam

Prezident pravoslav xristian icmasını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla