Yuxarı

İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
İranın Trampa yanlış cavabı – İsrail elə bunu istəyirdi

ABŞ Prezidenti Donald Tramp İranla danışıqlar təklifini əks etdirən məktubu ali dini lider Əli Xameneiyə göndərmişdi. Bununla Tramp İranda söz sahibinin ali dini lider olduğunu qəbul etmişdi. Ali dini lider əvvəlcə Trampa cavab məktubu göndərmək istəmirdi, sonra fikrini dəyişdi, müşaviri Əli Şəmxani bildirdi ki, Tehran Vaşinqtonla dolayı danışıqlara açıqdır, ancaq bunun üçün “bərabər əsaslı və qarşılıqlı hörmətə əsaslanan şərtlər” olmalıdır.

Axar.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, Tramp iranlı həmkarı Məsud Pezeşkiana məktub göndərməsə də, o da Ağ Ev sahibinə cavabında ali dini liderin söylədiklərini təkrarladı:

“Pezeşkian bildirdi ki, vasitəçilər üzərindən danışıqlar mümkündür: “ABŞ əvvəlcə etimadı bərpa etməli, keçmişdəki yanlışları aradan qaldırmalıdır”. Gör kimə və nəyi məsləhət görürlər. Tramp “yanlışları aradan qaldırsaydı”, Barak Obamanın dövründə İranla imzalanan nüvə razılaşmasına geri qayıdış edərdi. Ağ Ev sahibi həmin razılaşmaya qayıtmaq istəmir, o, Tehrandan yeni razılaşmanın müzakirəsini tələb edir. Tehran, daha doğrusu, Qum isə Trampla nə birbaşa dialoqa tərəfdardır, nə də Ağ Ev sahibinin şərtlərini qəbul edir. Belə olan halda Tramp İrana qarşı hədələyici tonunu sərtləşdirib. Ağ Ev sahibi “NBC Nyus” kanalına müsahibəsində bildirib ki, əgər İran razılığa gəlməsə, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədiyi zərbə olacaq. İsrailin də Trampdan istədiyi budur”.

Tarix
2025.03.31 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

Kobaxidzedən TRİPP açıqlaması: Ciddi problem...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla